Ədəbiyyat
14.05.2018 / 16:42

Bakıda Hüseyn Cavidin xatirə gecəsi keçiriləcək

Bakıda Hüseyn Cavidin xatirə gecəsi keçiriləcək
Mayın 17-də Azərbaycan Dövlət İncəsənət Muzeyində Hüseyn Cavidin xatirə gecəsi keçiriləcək.

İnform.az-ın xəbərinə görə bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Tədbir Mədəniyyət Nazirliyinin "Söz" ədəbi layihəsinin rəhbəri, şair Nigar Həsənzadənin təşkilatçılığı ilə baş tutaca.

Gecədə əməkdar artistlər Mehriban Zəki, Gülzar Qurbanova, teatr və kino aktyorları Tural Əhməd, Elxan Rza və Kamran Yunusun ifasında Hüseyn Cavidin şeirləri səsləndirəcək.

Tədbirə giriş sərbəstdir.

İnform.az

Baxış sayı: 240