Dünya, Siyasət
14.05.2018 / 16:34

Qərbyönümlü, yoxsa rusyönümlü Tonoyan?- ARXİV

Qərbyönümlü, yoxsa rusyönümlü Tonoyan?-

Hazırda Ermənistanda Qərbyönümlü hakimiyyətin mövcudluğu fonunda, yeni təyin edilən müdafiə naziri Davit Tonoyanın, Gümrüdə yerləşən 102-ci hərbi bazanın mövcudluğu ilə bağlı səsləndirdiyi əvvəlki fikirləri yenidən gündəmə gəlib.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, 2011-ci ilin avqust ayında Ermənistan müdafiə nazirinin birinci müavini vəzifəsini icra edən Tonoyan, "Medamax" agentliyinə verdiyi müsahibədə Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunun daima hər iki ölkənin maraqlarından irəli gəldiyini bildirib.

“2010-cu ilin yay aylarında RF-nın hərbi bazasının Ermənistan ərazisində yerləşməsi müddətinin uzadılmasına dair müqaviləyə əsasən 102-ci hərbi baza, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi işində dəstək vermə məsələsini də öhdəliyinə götürüb", - deyə Davit Tonoyan qeyd edib.

Daha sonra davam edən Tonoyan Rusiya hərbi bazasınnı Ermənistanın təhlükəsizliyinin təmin edilməsi işində ayrılmaz elementlərdən biri olduğunu deyib: "Heç kim üçün sirr deyil ki, Rusiya hərbi bazası Ermənistanın təhlükəsizliyinin təmin edilməsi işində ayrılmaz elementlərdən biridir. Bu Ermənistanın bir sıra konsepsiya (təhlükəsizlik strategiyası, hərbi doktrina - red.) sənədlərində əksini tapıb”.

İnform.az

Baxış sayı: 47