Siyasət
14.05.2018 / 15:54

""İŞİD-in məğlub edilməsi terror fəlakətinin aradan qaldırılması demək deyil"- Nazir

""İŞİD-in məğlub edilməsi terror fəlakətinin aradan qaldırılması demək deyil"-

"2017-ci il İŞİD-in məğlub edilməsi baxımından mühüm il idi, belə ki, onun nəzarəti altında olan geniş ərazilər və çoxsaylı istehkamlar azad edildi. İndi isə sürətli və davamlı formada yaraları necə müalicə edəcəyimizə və bütün bunlardan təsirlənən insanların problemlərinin aradan qaldırılmasına baxmaq zamanıdır".

İnform.az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda beynəlxalq konfransda deyib.

O vurğulayıb ki, İŞİD-in məğlub edilməsi terror fəlakətinin aradan qaldırılması demək deyil: "Lakin terrorizmə qarşı müharibə hər hansı bir dini və ya mədəniyyəti hədəfə almaq üçün istifadə edilməməlidir. Terrorla mübarizə ilə bağlı tədbirlərin pro-aktiv olmasını təmin etmək də çox vacibdir. Terrorizmə qarşı mübarizə əhalinin məlumatlılığını artırmaq üçün önləyici yanaşmanı özündə əks etdirməlidir. Bu xüsusda, ekstremizmlə mübarizə məsələləri hökumət, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri, eləcə də dini icmalar, gənclər və qadın assosiasiyaları daxil olmaqla bütün maraqlı tərəflərin koordinasiyası və əməkdaşlığı vasitəsilə inkişaf etdirilməlidir".

İnform.az

Baxış sayı: 191