Maraqlı
14.05.2018 / 14:48

2,4 milyon körpəni ölümdən xilas edən 80 yaşlı nadir insan

2,4 milyon körpəni ölümdən xilas edən 80 yaşlı nadir insan80 yaşlı Avstraliya vətəndaşı Ceyms Harrison dünyada nadir insanlar sırasına daxil olub.

İnform.az publika.az-a istinadən xəbər verir ki, buna səbəb qanında olan nadir plazmatik bir protein daşımasıdır.

“Vaşinqton Post" qəzetinin xəbərinə görə, Ceyms Harrison 13 yaşında ikən ağ ciyərinin bir hissəsi çıxarılıb. Üç ay xəstəxanada qalan Ceymsə 13 qab qan verilib. O isə böyüyəndə hər il qan bağışlamağa söz verib. 18 yaşından etibarən qan verməyə başlayan Harrison 60 ildə 2,4 milyon usağı ölümün caynağından xilas edib.

Avstraliyada həkimlər düşmə təhlükəsi olan, ölü doğulan və beyni zədəli şəkildə dünyaya gələn uşaqların sayının azaldılmasına çalışırdı. Bu cür doğuşların səbəbi körpələrin mənfi, anaların isə müsbət qan daşıması idi. Araşdırmalar nəticəsində məlum oldu ki, yeganə əlac dünyada nadir tapılan bir proteindir. Qan bankında aparılan axtarış onları Ceyms Harrisonla tanış etdi.

Onlar Harrisondan “Anti-D” adlı plazma proqramına qoşulub-qoşulmayacağını soruşdular. O isə tərəddüdsüz razı oldu və ilk dəfə 1967-ci ildə bir qadına qan verilər. Daha sonra Avstraliyada yaşayan hamilə qadınların 17%-nin bu plazmaya ehtiyacı olduğu ortaya çıxdı.

Elm adamları Harrisonun vücudunun “Anti-D” plazmasını təbii şəkildə istehsal etdiyini bildiriblər. Səbəb isə ona kiçik yaşlarda müxtəlif insanların qanının vurulmasıdır. “Qızıl qollu adam” ləqəbi ilə tanınan Ceyms 2003-cü ildə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

İnform.az

Baxış sayı: 83