Hüquq
14.05.2018 / 14:27

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıbRespublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun məlumatına görə, Sabirabad Rayon Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şıxlar kənd sakini, əvvəllər məhkum olunmuş Mürvət Rzayev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 4 qram heroin aşkarlanaraq götürülüb.

Əməliyyatın davamı olaraq M.Rzayevin yaşadığı evdən ümumi çəkisi 2 kiloqram 250 qram marixuana aşkarlanaraq götürülüb Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elbrus Tağıyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu, habelə yaşadığı evdən çəkisi 3 kiloqram 256 qram tiryək aşkar edilib.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

Toğrul Nəsirli/polis leytenantı

Baxış sayı: 200