Gündəm, Hüquq
14.05.2018 / 13:30

Hesabdan oğurluq etməkdə şübhəli bilinən şəxs axlanılıb

Hesabdan oğurluq etməkdə şübhəli bilinən şəxs axlanılıbFevralın 24-də Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Əliyeva həmin gün sərnişini olduğu xətt avtobuslarının birində içərisində 120 manat pulu, evinin açarları və sənədləri olan çantasını unutduğunu, az sonra mobil telefonuna bank hesabından 229 manat pulunun çıxarılması barədə mesaj gəldiyini bildirib.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə,, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

G.Əliyevanın hesabından pulu çıxararaq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Nəbiyeva müəyyən edilərək Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Müəyyən edilib ki, o, avtobusda tapdığı çantadakı bankomat kartının üzərində qeyd olunan kod vasitəsilə G.Əliyevanın hesabından göstərilən məbləğdə vəsaiti çıxararaq oğurlayıb.

​Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

İnform.az

Baxış sayı: 270