Diaspora Akademiyası
14.05.2018 / 12:52

Almaniyada Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub- FOTO

Almaniyada Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub-
Almaniyanin Nürnberq şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin(AXC) 100-cü, almanların Azərbaycana köçünün 200-cü ildönümü qeyd edilib.

Bavariya əyalətinin tarixi yerlərindən sayılan Vətən və Maliyyə Nazirliyinin binasında baş tutan tədbir Nürnberqdə fəaliyyət göstərən "Baku-Nürnberg" Mədəniyyət və Təhsil Mərkəzi və Almanların "Haus der Heimat" təşkilatının təşəbbüsü, təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Bavariyanın Vətən və Maliyyə naziri Alexander Voitl, Azərbaycanın Almaniyadakı Fövqəladə və Səlahiyyətli səfiri Ramin Həsənov, Alman Bundestaqının Sosial Demokrat Partiyasının üzvü Gabriela Heinrich, Almaniya Hökumətinin Köçkün və Milli azlıqlar üzrə rəsmi qurumun prezidenti Bernd Fabritius, Bavariya Parlamentinin üzvləri Petra Guttenberger və Arif Taşdelen, Türkiyə Respublikasının Almaniyanin Frankoniya bölgəsindəki Baş konsulu Yavuz Kül, Xristian Sosial Fraksiyasının rəhbəri Peter Daniel Forster, Nürnberg şəhər merinin 1-ci müavini Claudia Arabackyj, Azərbaycan və türk diasporunun üzvləri və digər qonaqlariştirak edib.

"Baku-Nürnberg" Mədəniyyət və Təhsil Mərkəzinin idarə heyətinin sədri Yaşar Musayev və "Haus der Heimat" təşkilatının icraçı direktoru Doris Hutter tədbiri açaraq qonaqları salamladıqdan sonra Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirilib.

Tədbirdə Şərqi Avropa üzrə "Deutsches Kulturforum" İnstitutunun elmi işçisi Ariane Afsari, Berlin "Humboldt" universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Maria Auch almanların Azərbaycana köçünün 200 illik tarixi ilə bağlı çıxış ediblər.

Sonra "Haus der Heimat" təşkilatının idarə heyətinin sədri Horst Göbbel Azərbaycan və Almaniya, eləcə də Bakı ilə Nürnberq arasında mövcud dostluq əlaqələri haqqında məlumat verib. Tədbirdə çıxış edən Yaşar Musayev isə AXC-nin 100 illiyi, eyni zamanda Almaniya ilə Azərbaycan arasındakı elmi, mədəni, iqtisadi və siyasi münasibətlərdən danışıb.

Nazirliyin binasında almanların Azərbaycana köçünü əks etdirən sərgi təşkil olunub. Sərgi mayın 25-dək davam edəcək.

Sonda qonaqlara Azərbaycan milli rəqsləri və musiqiləri təqdim olunub.

Almaniyada Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub-


Almaniyada Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub-


İnform.az

Baxış sayı: 73