Diaspora Akademiyası, Mədəniyyət
14.05.2018 / 12:00

Heydər Əliyev xüsusi mükafatı təqdim ediləcək- İsveçrədə

Heydər Əliyev xüsusi mükafatı təqdim ediləcək-
Mayın 17-də İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Pianoçular Müsabiqəsi keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, müsabiqə Azərbaycanın əməkdar artisti, pianoçu Adilə Əliyeva tərəfindən təşkil olunur.

Bəstəkar, dirijor və Fransa İncəsənət Akademiyasının üzvü Loran Petijirar bu müsabiqənin fəxri prezidentidir. İki ildən bir təşkil edilən müsabiqə 1996-cı ildən fəaliyyət göstərir və hər dəfə orada 250-dən çox iştirakçı yarışır.

İndiyədək müsabiqədə bir çox beynəlxalq müsabiqələrin laureatları olan 2150 pianoçu iştirak edib. Bu yarışma pianoçular arasında dünyanın ən yaxşı 20 müsabiqəsi ilə bir sırada dayanır.

Qeyd edək ki, Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyi həmin müsabiqənin iştirakçıları üçün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan xüsusi mükafat təsis edib. Bu mükafat müsabiqənin münsiflər heyəti və Azərbaycan səfirliyinin birgə rəyi əsasında seçilən qalibə təqdim olunacaq.

Müsabiqə çərçivəsində Ümummilli Liderin xatirəsinə həsr olunan bir neçə musiqi parçasının səsləndirilməsi də nəzərdə tutulur.

İnform.az

Baxış sayı: 76