Maraqlı
14.05.2018 / 10:25

1100 pişiklə eyni evdə yaşayan qadın: "Çox xoşbəxtəm"(Foto)

1100 pişiklə eyni evdə yaşayan qadın:

Pişikləri sevən qadın öz evini 1100 pişiyə bağışlayıb.

İnform.az moderator.az-a istinadən xəbər verir ki, pişikləri çox sevən 67 yaşlı Lynea Lattanzio bu günə qədər bütün var dövlətini onlara bağışlayıb.

"Pişikləri sevirəm çünki onlar azad, gözəl və zərifdilər. Onları izləməkdən kef alıram". Bütün vaxtların ən çılğın pişik sevən qadını kimi tanınan 67 yaşlı Lynea Lattanzio pişiklər üçün nələr etmədi ki? Pensiya kompensasiyanın hamısını onlara verdi. Maşınını, hətta bəxt üzüyünü satmaq məcburiyyətində qaldı. Son olaraq öz yaşadığı beş otaqlı evi 1100 pişiyə verərək bağçasındakı konteynerə köçüb..

Lynea eyni zamanda könüllülərdən ibarət olan bir qrupla Kaliforniyanın ən böyük pişik sığınacağını idarə edir: The Cat House on the Kings. Digərlərindn fərqli, bu sığınacaqda qəfəs yox, öldürmək yox!

Sığınacağın veb saytında bu günə qədər 24 minə yaxın pişik və 7 miniə yaxın itin xilas edildiyi, 40 minə yaxın pişik və itin də axtaladığı qeyd edilib.

Lynea tam mənada həyatını pişiklərə həsr etməklə bir çox şeydən imtina etmək məcburiyyətində qalıb.

Lakin o, dostları üçün çətinliklərlə mübarizə aparmaqdan şikayətçi deyil. Hər şeyə rəğmən xoşbəxtlikdir: "Hər səhər xoşbəxt oyanıram. Dünya üçün yaxşı bir şeylər etmək məni qane edir."

1100 pişiklə eyni evdə yaşayan qadın:


1100 pişiklə eyni evdə yaşayan qadın:


İnform.az

Baxış sayı: 72