Maqazin
11.05.2018 / 12:40

"Pul buraxıb film çəkdirirlər..."- Münəvvər Əliyeva əsəbləşdi

"Pul buraxıb film çəkdirirlər..."- Əməkdar artist Münəvvər Əliyeva gənc aktrisaları tənqid edib.

İnform.az axşam.az-a istinadən verdiyi xəbərə görə, aktrisa bu haqda “Bizimləsən” proqramında danışıb. O, gənc aktrisaları qeyri-peşəkar adlandırıb:

“Keçən dəfə bir verilişə dəvət etmişdiniz. Bizimlə üzbəüz oturanlar sənəti yiyələnməyən, amma altlarında maşın olanlar idi. Pul buraxıb film çəkdirirlər. Bu tərəfdə isə ömrünü sənətə həsr edənlər idi.
Xalq, əməkdar artistlərdi, altlarında maşınları yox, metro, marşrutla gedirlər. Orada acınacaqlı veriliş idi. Qarşımızda oturan model aktrisalar necə danışırdılar. Onlara baxanda az qalırıq qarşılarında baş əyək”.

Qeyd edək ki, "Bizimləsən" proqramının aylar əvvəlki buraxılışında xalq artisti Kybra Əliyeva, əməkdar artist Mehriban Xanlarova, aktrisa Münəvvəl Əliyeva və gənc aktrisalar Pərvin Abıyeva, Natavan Əfəndiyeva, Fidan Axundova qonaq olublar.

İnform.az

Baxış sayı: 60