Araşdırma
11.05.2018 / 11:39

Amerikalılar nə üçün "Ayova" kimi döyüş gəmilərini geri qaytarır? – ARAŞDIRMA

Amerikalılar nə üçün "Ayova" kimi döyüş gəmilərini geri qaytarır? –
1980-ci illərdə amerikalılar dünya üçün gözlənilmədən kifayət qədər keçmiş dövrə aid dörd dəniz nəhəngini yuxudan oyatmaq qərarına gəldilər.

Söhbət "Ayova" linkorlarından gedir. İkinci Dünya Müharibəsi dövrünun bu döyüş gəmiləri modernləşdirilərərək yenidən istifadəyə verilib. ABŞ-ın bu addımı atmağa nə vadar etdiyini araşdırmağa çalışaq. Bu suala aydın cavab verməyin asan olmadığını da qeyd etmək lazımdır.

"Ayova" İkinci Dünya Müharibəsi dövründə istifadə edilən Amerika donanması gəmilərinin bir növüdür. Ümumilikdə, ABŞ-da "Ayova", "Nyu-Cersi", "Missuri" və "Viskonsin" kimi dörd gəmi inşa edilib. Bu tipli daha iki döyüş gəmisinin - "İllinoys" və "Kentukki"nin inşası da nəzərdə tutulurdu, lakin onların tikintisi İkinci Dünya Müharibəsi başa çatdığına görə ləğv edildi. Seriayanın əsas gəmisi - "Ayova" döyüş gəmisinin inşası 1942-ci il avqustun 27-də başlayıb və 1943-cü il fevralın 22-də isə silahlanmaya qəbul edilib.

"Ayova" kimi döyüş gəmiləri "Saut Dakota" tipli döyüş gəmilərinin yüksək sürətli variantları kimi yaradılıb. Lakin onların zirehləri dəyişməyib. Layihədə nəzərdə tutulan 60 km/saat sürətinə çatmaq üçün elektrik stansiyasının gücünü artırmaq lazım idi, bu isə su tutumunun təxminən 10 min ton artımına səbəb olurdu. Belə nəticələr əldə etmək üçün bu qədər su tutumunu artırmaq məqsədəuyğun hesab edilmədi.

Gəmiyə 9 ədəd 406 mm top yerləşdirdilər. 27 km/saat sürətində gəmi 17.000 mil (əla rəqəm hesab edilir) üzmə məsafəsi əldə etdi. Dənizdə üzmə göstəriciləri öz sələflərindən daha yüksək idi. Ümumiyyətlə, amerikalı mühəndislər 50 ildən çox müddətdə xidmətdə (fasilələrlə) qalan balanslaşdırılan texniki xüsusiyyətlər dəstinə malik mükəmməl bir döyüş gəmisi qurmağa müvəffəq oldular."Ayova" tipli döyüş gəmilərinin dizaynında mübahisəli məsələlərdən biri amerikalıların əvvəlki silahlardan imtina etməsi oldu. Bu baxımdan amerikalılar cəsarət nümayiş etdirərək gəmini 10 cüt qurğuda yerləşən 20 ədəd 127 mm-lik universal artilleriya silahları ilə təmin etdilər. Bu silah, əla hava hücumundan müdafiə silahı olduğunu sübut etdi və mina esminesləri əleyhinə mübarizə aparmaq üçün kifayət etdi.

Güclü silahlara malik "Ayova" gəmiləri İkinci Dünya müharibəsi zamanı əlavə olaraq, 19 ədəd dörd lüləli 40 mm "Bofors" və 52 ədəd cüt, 20 ədəd tək "Orlikon" toplari ilə təchiz olunaraq, sürətli aviadaşıyıcı birləşmələrin tərkibində HHM qüvvələrinin özəyini təşkil etməsi təsadüfi deyildi. 1940-cı ildə istismara verilən "Bismark" və "Ayova" (1943-1944 il) gəmilərinin arasındakı fərqin texniki tərəfi haqqında danışanda ciddi bir texnoloji uçurum nəzərə çarpır. Bu kiçik zamanda radar və atəşi idarəetmə sistemi (AİS) kimi texnologiyalar irəliyə doğru vacib bir addım atdı.

Həyata keçirilən texniki yeniliklər və gəmilərə qoyulan potensial, "Ayova" tipli Amerikan döyüş gəmilərini həqiqətən uzunmüddətli etdi. Onlar tək İkinci Dünya müharibəsinin ikinci yarısında deyil, həm də Koreya müharibəsində iştirak etdilər. Və iki döyüş gəmisi - "Missuri" və "Viskonsin" isə 1991-ci ilin yanvar və fevral ayları arasında məşhur "Səhrada Fırtına" əməliyyatı zamanı İraqa qarşı döyüşlərdə iştirak etdi.

Amerikalılar nə üçün "Ayova" kimi döyüş gəmilərini geri qaytarır? –

"Ayova" linkoru, 1944

İkinci Dünya Müharibəsinin, zirehli gəmilərin demək olar ki, bir əsrlik hökmranlığına son qoyduğu zənn edilirdi. İstənilən düşmən gəmisini batırmağa qadir olan Yaponiyanın "Yamato" superlinkoru və eləcə də onun "qardaş" gəmisi "Musaşi" ABŞ-ın hava reydlərinin qurbanı oldu. Bu döyüş gəmilərinin hər biri təxminən 10 torpedo və təxminən 20 ədəd aviabombanın zərbəsini qəbul etdi. Əvvəllər 1941-ci ildə, ABŞ-ın "Pearl Harbor" hərbi-dəniz bazasına hücum zamanı yapon torpedo daşıyıcıları 5 ədəd Amerika döyüş gəmisini batırdı, 3 ədəd gəmini isə zədələdi. Bütün bu hadisələr hərbi nəzəriyyəçilərə imkan verirdi ki, aviadaşıyıcıların dənizdə əsas zərbə qüvvəsinə çevrildiyini iddia etsinlər.

Yeni döyüş gəmilərinin üstünlükləri Axilles dabanına çevrilirdi. Əsas əhəmiyyəti kəsb edən artilleriya silahların çapı deyil, mürəkkəb məsafəölçənlərin və radar qurğularının istifadəsi ilə əldə edilən atəş dəqiqliyi idi. Bu sistemlər hava hücumları ilə yanaşı, düşmən artilleriyasının atəşinə də çox həssas idi. "Gözlərini" itirdikdən sonra əsas kalibrli artilleriya ilə döyüş gəmiləri dəqiq atəş aça bilmirdilər və döyüşdə çox az iş görə bilərdilər. Beləliklə, yeni raket silahlarının yaradılmasına ehtiyac yaranırdı.

Müharibədən sonrakı illərdə ABŞ və digər ölkələr linkor tipli döyüş gəmilərini donanmanın tərkibindən çıxararaq onların sökülməyə və metalloma göndərməyə başladılar. Ancaq belə bir tale "Ayova" kimi döyüş gəmilərindən yan keçdi. 1949-cu ildə ehtiyata çıxarılan gəmilər yenidən xidmətə qaytarıldı. Koreya müharibəsi illərində dörd döyüş gəmisinin hamısı iştirak etdi. Bu linkorlardan nöqtə hədəflərini artilleriya atəşi ilə boğmaq üçün istifadə edildi.

1953-cü ildə müharibədən sonra gəmilər yenidən qısamüddətli istirahətə göndərildi. Vyetnamda müharibə başladı və yenidən "Ayova" kimi döyüş gəmilərinin "xidmətlərinə" dönmə qərarı verildi. Doğrudur, yalnız "Nyu-Cersi" döyüşə göndərildi. Və bu dəfə linkor Vyetnam sahillərində ABŞ Dəniz piyada korpusunun əməliyyatlarını dəstəkləmək üçün artilleriya zərbələri zamanı istifadə edildi. Hərbi ekspertlərin fikrincə, Vyetnam müharibəsi dövründə belə bir döyüş gəmisi ən azı 50 döyüş təyyarəsini əvəzləyib. Aviasiyadan fərqli olaraq, düşmənin HHM vasitərləri və ya pis hava şəraiti onların vəzifələrini yerinə yetirməyə mane olmur. "Nyu-Cersi" sahildən artilleriya atəşi ilə daim əsgərləri dəstəkləməyə hazır olurdu.

Qeyd etmək lazımdır ki, "Ayova" gəmilərinin əsas mərmisi 1225 kq ağırlığında Mk.8 "ağır" zirehdələn mərmisi hesab edilirdi. Bu mərmilər uzaqməmzilli döyüşlərdə düşmən gəmilərinin göyərtəsinə nüfuz etmək üçün nəzərdə tutulurdu. "Saut Dakota" linkorunda olduğu kimi, mərminin asma trayektoriyasını təmin etmək üçün mərminin ilkin sürətini 701 m/s qədər azalmasını təmin etdilər. Standart mərmilərdə isə 297 kq barıt 762 m/s-lik ilkin uçuş sürəti yaradırdı.

Lakin II Dünya Müharibəsinin sonuna doğru döyüş gəmiləri əsasən sahil hədəflərinə hücumda istifadə edildiyi üçün onların sursat dəstinə Mk.13 fuqas mərmiləri daxil edildi. Bu mərmilər 862 kq çəkiyə malik idi, partlayıcı maddələrin nisbi kütləsi isə 8,1%-dən artıq idi. Atəş zamanı lülənin yaşam müddətinin artırmaq üçün 580 m/s ilkin sürəti təmin edən 147,4 kq barıt yükünə malik mərmilərdən istifadə edilməsinə qərar verildi.

Amerikalılar nə üçün "Ayova" kimi döyüş gəmilərini geri qaytarır? –

"Ayova" tipli linkordan BGM-109 "Tomahawk" buraxılması

1950-60-cı illərdə döyüş gəmiləri yalnız kiçik yüksəltmələrə məruz qaldı. Əvvəl 20 mm-lik, daha sonra isə 40 mm avtomatik silahları sökdülər, Aİ və RLS-lərin tərkibini dəyişdilər. Eyni zamanda, linkor tipli gəmilər olduqca aşağı dəyərləndirilməyə başladı. 1963-cü ildə amerikalılar 11 döyüş gəmisini HDQ-nin tərkibindən çıxardı. ABŞ Donanmasında cəmi 4 ədəd son linkor qaldı.

1970-ci illərin sonlarında bu döyüş gəmilərini ehtiyatdan qaytarmağa qərar verildi. 1980-ci illərdə gəmilərin modernləşdirilməsi həyata keçirildi. Bunun isə bir çox səbəbi var. Ən sadə və ən açıq səbəbi hələ də istifadə edilə bilən güclü 406 mm-lik topların anbarlarda böyük sursat ehtiyatlarının mövcud olması idi.

1970-ci illərdə, Soyuq Müharibənin ortasında, bəzi ekspertlər "Ayova" tipli döyüş gəmilərinin yenidən konservasiyadan çıxarılması məsələsini qaldırdılar. Bu qərarın məqsədi, hədəfə döyüş sursatının çatdırılmasının dəyərinin hesablanması idi. Amerikalılar praktik olaraq nümayiş etdirdilər ki, 406 mm-lik "Ayova" topları 30 dəqiqə ərzində hədəfə ümumi kütləsi 232,7 ton olan 270 ədəd 862 kq-lıq mərmi ata bilərlər.

Eyni zamanda, "Nimitz" nüvə enerjisi ilə təchiz edilən aviadaşıyıcının hər bir təyyarəsi gün ərzində üç uçuş həyata keçirəcəyi halda hədəflərə 228,6 ton bomba ata bilər. Eyni zamanda, "Nimits" üçün bir ton sursatın çatdırılma xərci 12 min dollar, "Ayova" üçün isə cəmi 1600 dollar idi.

Təbii ki, belə bir müqayisə tam doğru hesab edilə bilməz, çünki aviasiya hərbi gəmilərə nisbətən daha uzaqdan hədəflərə zərbə endirmək qabiliyyətindədir. Həmçinin, partlayıcının daha çox kütləsi sayəsində aviabombalar daha böyük bir zərər sahəsinə sahibdir. Buna baxmayaraq, İkinci Dünya Müharibəsi sonunda, Koreya və Vyetnam müharibələr zamanı ağır artilleriyanın köməyi ilə səmərəli və aşağı xərcləri ilə həll ediləcək kifayət qədər problemlər meydana gəlib. Amerika arsenallarında 20000 ədəd 406-mm mərmi, eləcə də 34 ədəd ehtiyat lülə yığılması da "Ayova" tipli döyüş gəmilərinin yenidən konservasiyadan çıxarılmasında müəyyən rol oynadı.

1980-ci illərdə hətta ultra uzaqmənzilli sursatlar yaratmaq planlaşdırılırdı. 454 kq çəkili sursat 1098 m/s ilkin uçuş sürəti ilə 64 km məsafədə hədəflərə zərbə endirməli idi. Lakin layihə eksperimental nümunələrdən sonra dayandırıldı.

Amerikalılar nə üçün "Ayova" kimi döyüş gəmilərini geri qaytarır? –

"Harpoon" gəmi əleyhinə raketlər və "Falanks" zenit artilleriya kompleksi, "Nyu-Cersi" döyüş gəmisində

1980-ci illərdə "Ayova" tipli döyüş gəmilərini modernləşdirilməsi zamanı 10 ədəd cüt 127 mm artilleriya qurğusundan 4-ü söküldü. Onların yerinə yerüstü hədəflərə 32 ədəd BGM-109 "Tomahawk" qanadlı raketlərini buraxmaq üçün səkkiz ədəd zirehli dördlüləli Mk.143 qurğuları yerləşdirildi. Bundan əlavə, gəmilərdə 16 ədəd raketəleyhinə RGM-84 "Harpoon" raketləri üçün 4 konteynerə malik dörd ədəd Mk.141 atıcı qurğusu quraşdırıldı. Yaxın zonada HHM və RƏM isə Mk.15 "Vulcan-Falanks" adlı 4 ədəd zenit artilleriya kompleksi tərəfindən təmin olundu. Onların hər biri iki istiqamətdə sabitləşən və avtonom AİS-ə malik altılüləli 20 mm M61 "Vulkan" toplarından ibarət idi.

Bundan əlavə, linkorun üst hissəsində "Stinger" zenit əleyhinə raket kompleksləri üçün 5 sabit mövqe mövcuddur. Gəmilərin radar avadanlığı tamamilə yenilənib. Arxa tərəfdə helikopter meydançası yaradılıb. 1986-cı ilin dekabrında, "Ayova" gəmilərində əlavə olaraq "Pioner" PUA larının enməsi və qalxması üçün qurğu da inşa etdilər.

Gəminin 1945-ci ildə 2788 nəfərdən, o cümlədən 151 nəfər zabitdən ibarət ekipajı əhəmiyyətli dərəcədə azaldılaraq, 1988-ci ildə 1510 nəfərə çatdırıldı. Bu linkorlar təkcə sahil hədəfləriniə ağır artilleriya zərbəsi üçün nəzərdə tutulmurdu. 1970-ci ilin ikinci yarısında ABŞ prezidenti Reyqan tərəfindən ortaya atılan mövcud döyüş gücünün bərpa ideyası və "600 gəmi" proqramı çərçivəsində linkorlar yenilənməyə başladılar. 1970-ci illərin ortalarında ABŞ HDQ rəhbərləri admiral Ceyms Hollovey, Qrehem Kleytor və HDQ katibinin köməkçisi Ceyms Vulsi HDQ Vaşinqton dairəsində konsensus yaratmağa nail oldular və ABŞ Hərbi Dəniz Qüvvələrində SSRİ-yə qarşı dənizdə üstünlüyü əldə etmək üçün mübarizəyə başlandı. Sovet donanmasına qarşı ən təsirli variant kimi hücum əməliyyatları nəzərdə tutulurdu. Texniki və əməliyyat şəraiti səviyyəsində də, ABŞ Hərbi Dəniz Qüvvələri iki nisbətən yeni problem ilə qarşı-qarşıya gəldilər: gəmi əleyhinə raketlər ilə təchiz edilən Sovet gəmilərin sayının əhəmiyyətli çoxluğu və hərbi əməliyyatlar teatrına çevrilə biləcək ərazilərin genişlənməsi. Hazırda buna planetin potensial "qaynar" nöqtələrinə Hind okeanı, Şimali Atlantika, Aralıq dənizi, SSRİ-nin Uzaq Şərq hissəsi və Karib dənizi də əlavə edilib. Əvvəlki doktrinaya görə ABŞ HDQ gəmiləri Sakit okean və nisbətən Atlantik okean hövzəsində fəal hərəkət etməli idi. İndi yeni akvatoriyalarda nəzarəti saxlamaq üçün gəmilərin sayının artırılması tələb olunur.

Amerikalılar nə üçün "Ayova" kimi döyüş gəmilərini geri qaytarır? –

"Ayova" linkoru ilə suüstü döyüş qrupu

HDQ eyni vaxtda tərkibinə aviadaşıyıcılar daxil olmayan 4 suüstü döyüş qrupu yaratmağı planlaşdırdı. 4 ədəd "Ayova" linkorları bu qrupların əsas elementinə çevrildi. Amerikalılar planlaşdırdı ki, bu cür qrupların tərkibinə bir qanadlı raketlərə sahib "Ayova" tipli döyüş gəmisi, "Ticonderoqa" tipli kreyser və "Arleigh Burke" tipli üç esmines daxil edərək sovet döyüş qruplarına bərabər potensial əldə edib, orta təhlükə zonalarında aktiv hücum qrupları kimi müstəqil hərəkət edə bilsinlər. Qüvvətli artilleriya və qanadlı raketlər sayəsində sahil hədəflərinə qarşı əməliyyatlar xüsusilə effektiv ola bilərdi.

Amerikalı strateqlərin planlarına əsasən, döyüş gəmiləri həm müstəqil, həm də aviadaşıyıcı zərbə qrupları ilə birgə hərəkət edə bilər. Aviadaşıyıcılarda ayrı fəaliyyət göstərən linkor qrupları aşağı hava və sualtı təhdid şəraitində (bu ərazilərə Hind okeanı və Karib dənizi aiddir) düşməni "suüstü döyüşə" cəlb etməlidirlər.

Linkorlar HHM və gəmi əleyhinə mübarizədə belə, öz eskortundan asılı vəziyyətdə qalmır. Yüksək təhlükəli ərazilərdə linkorlar daha böyük aviadaşıyıcı zərbə qruplarının bir hissəsi kimi fəaliyyət göstərə bilər. Bu gəmilər üçün eyni zamanda üç vəzifə təyin edilir: desant qüvvələrinin çıxışının dəstəklənməsi, suüstü və yerüstü hədəflərə hücum. Desant qüvvələrinin quru əməliyyatlarının dəstəklənməsi də 1980-ci ildə "Ayova" kimi döyüş gəmilərinin əsas məqsədlərindən biri idi, lakin bu funksiya onların yenidən konservasiyadan çıxarılması üçün əsas səbəb olmadığı ehtimal olunur.

O illərdə ABŞ hərbi komandanlığının əsas diqqəti quruya deyil, açıq dəniz və okeanlara yönəlmişdi. Dünya Okeanının müxtəlif bölgələrində hakimlik proyeksiyasından çox Sovet donanması ilə döyüş ideyası dominantlıq edirdi. Bu linkorların SSRİ-nin HDD ilə mübarizənin pik dönəmində yenilənməsi və bu dönəm bitdikdən sonra yenidən ehtiyata göndərilməsi də diqqəti cəlb edir.

"Ayova" 1990-cı il yanvarın 26-da, "Nyu Cersi" 1991-ci il fevralın 2-də, "Viskonsin" 1991-ci il sentyabrın 30- da, "Missuri" 1992-ci il martın 31-də ehtiyata göndərildi. Son iki linkorlar İraqdakı "Səhrada Fırtına" əməliyyatında iştirak etdi.

Amerikalılar nə üçün "Ayova" kimi döyüş gəmilərini geri qaytarır? –

Missuri" linkoru "Reyncer" aviadaşıyıcısının rəhbərliyi altında zərbə qruplaşmasının tərkibində

1980-ci ildə linkorları xidmətə qaytaran ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi "Ayova" kimi gəmilərin ətrafında Sovet aviasiyasının kütləvi təhdidləri istisna olan ərazilərdə SSRİ-nin yerüstü gəmilərinə qarşı mübarizə apara biləcək müstəqil qruplaşma yaratmağı düşünürüdü. Digər vəzifələr arasında linkorlar həm də ABŞ HDQ-nə aid aviadaşıyıcıların "quyruğundan" əl çəkməyən Sovet suüstü gəmiləri ilə də mübarizə problemini həll etməli idi. Bunu etmək üçün onlar aviadaşıyıcı zərbə qruplaşmasının tərkibinə daxil edilirdi. Belə bir vəziyyətdə onların əsas silahının "Tomahawk", "Harpoon" və ya 406 mm topların olacağı sualı artıq açıq qalır. Həmin illərdə Amerika və Sovet döyüş gəmilərinin sıx əlaqəsi hər iki tərəfdən artilleriyadan istifadə etməyə imkan verirdi. Bu vəziyyətdə linkorların yüksək atəş gücü və möhkəm zirehi olduqca qiymətli üstünlüklərə çevrilirdi.

1980-ci illərdə keçirilən təlimlərdə modernləşdirilən linkorlardan müntəzəm olaraq suüstü hədəflərə qarşı artilleriya təlim atışlarının keçirilməsi heç də təsadüfi deyildi. Bu mənada, İkinci Dünya Müharibəsinin son nəhəngləri, 1980-ci illərdə Amerika donanmasına mükəmməl linkor kimi qayıdıblar/ordu.az

Baxış sayı: 69