Elm-təhsil
10.05.2018 / 17:50

Ümumilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı tədbir keçirilib

Ümumilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı tədbir keçirilib10 may 2018-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib.

Bu barədə İnform.az-a İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik İradə Hüseynova bildirdi ki, Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi müdrik şəxsiyyət ona rəhbərlik edib.

Məhz onun səyi nəticəsində Azərbaycan müstəqil inkişaf, tərəqqi yolunda inamla addımlayır.

14 iyul 1969-cu ildə Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlmiş, beləliklə dövlətimizin həqiqi inkişafı da həmin gündən başlamışdır. Bir sıra daxili, xarici ünsürlərin təsirindən siyasətdən uzaqlaşmış ulu öndər xalqın təkidi, istəyi ilə 15 iyun 1993-cü ildə ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürdü.

Ölkənin çox ağır vəziyyətdə olduğu dövrdə belə çətin vəzifəni məsuliyyətlə icra etmiş Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, parlaq zəkası nəticəsində vətəndaş müharibəsi, böhranın qarşısı alınmış, siyasi sabitlik təmin edilmişdir. İradə xanım ulu öndərin Naxçıvandan Bakıya qayıtdıqda alimlərlə görüşünü xüsusi vurğulamış, onun elmə, təhsilə daim qayğı göstərdiyini bildirib.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü İlham Şahmuradov Heydər Əliyevin dünya tribunalarında cəsarətli nitqlərini xatırlamış, xalqımızın haqq səsini duyuran unikal şəxsiyyət olduğunu qeyd edib.

Professor Səftər Süleymanov ümumilli liderin ordu quruculuğundakı misilsiz xidmətlərindən bəhs edib.

Tədbirin yekununda İradə xanım Müasir Azərbaycanın məhz Heydər Əliyevin – bütün həyatını doğma xalqına həsr etmiş, milli dövlətçiliyin əsasını qoymuş dahi liderin əməyinin bəhrəsi olduğunu vurğulayıb.

Sonda ümumilli liderin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

İnform.az

Baxış sayı: 106