Gündəm, Hüquq
10.05.2018 / 18:00

Müasir Azərbaycanın - MEMARI (FOTO)

Müasir Azərbaycanın -
Cəlilabad Rayon Polis şöbəsində Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Mübariz Quliyev ulu öndərin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açıb, dahi rəhbərin müəyyənləşdirdiyi inkişaf kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş yüksək nailiyyətləri diqqətə çatdırıb.

Qeyd edib ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaradıb ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə həmişə böyük ehtiyac olacaq və bu irs heç zaman tükənməyəcək. Yorulmaz fəaliyyəti, həyata keçirdiyi uğurlu siyasət nəticəsində ümummilli liderin dövlət müstəqilliyimizi əbədi və dönməz etdiyi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdiyi vurğulandı.

Bildirilib ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu gün sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilib.

Müasir Azərbaycan dövlətinin inamlı inkişafı və ildən-ilə daha da güclənməsi Heydər Əliyev dövlətçilik konsepsiyasının, onun müəyyən etdiyi inkişaf strategiyasının və siyasi kursun illərin sınağından keçmiş təntənəsidir.

Müasir Azərbaycanın -


Məhəmməd Rzayev/Polis leytenantı

Baxış sayı: 161