Gündəm, Hüquq
10.05.2018 / 17:45

Tarix yaradan şəxsiyyət

Tarix yaradan şəxsiyyət
Şəki Şəhər Rayon Polis Şöbəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən mərasim keçirilib.

Əvvəlcə Ulu Öndərin büstü önünə gül dəstələri qoyulub, onun əziz və işıqlı xatirəsi yad edilib. Daha sonra tədbir ŞRPŞ-nin inzibati binasında davam etdirilib.

Tədbirdə çıxış edən rəis, polis polkovniki Əbülfət Rzayev Əbədiyaşar Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan danışıb. Qeyd edib ki, müasir müstəqil Azərbaycanın bugünkü inkişafı və qüdrəti Ulu Öndərin adı ilə bağlıdır.

Onun adının hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və digər yüksək insani dəyərləri ilə unudulmaz iz buraxdığını bildirdi. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, o cümlədən müasir hüquq sistemimizin formalaşması, inkişafı və daxili işlər orqanlarının təşəkkülünün bilavasitə dahi şəxsiyyətin adı ilə bağlı olduğunu bildirdi.

Daha sonra tədbirdə çıxış edənlər vurğulayıblar ki, ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti müstəqilliyin ilk illərindən respublikada baş verən xaos və anarxiya elementlərinin qısa müddətdə aradan qalxmasına, dərinləşən sosial-iqtisadi böhranın qarşısının alınmasına imkan verdi. Yaşadığımız tarix də dahi şəxsiyyətin uzaqgörənliyini təsdiq etdi.

Əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə qısa müddətdə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyev artıq ötən illər ərzində qarşıya qoyulmuş vəzifələrin öhdəsindən ləyaqətlə gəlib və gəlməkdədir.

Tədbirdə Ümummilli Liderə həsr olunmuş süjetlər, eləcə də foto-slaydlar nümayiş olunub.

Mahir Məsimov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 213