Hüquq
10.05.2018 / 11:05

Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıbPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə İnform. az-a Pentensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Cinayət Məcəlləsinin 93.1.4 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş şəxs Əzizov Daşqın Paşa oğluna Bərdə rayon sakini Rəşad Əliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sabunun içərisində xüsusi üsulla gizlədilmiş 0,875 qram heroin aşkar edilmişdir.

Faktla bağlı araşdırma aparılır.


İnform.az

Baxış sayı: 149