Hüquq
10.05.2018 / 07:00

Penitensiar xidmətdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib- FOTO

Penitensiar xidmətdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib-
Dünən Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə şəxsi heyətin xüsusi toplantısı keçirilib.

İnform.az Pentensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən bildirir ki, tədbir iştirakçıları Penitensiar xidmətin Tarix Muzeyində Heydər Əliyev guşəsində ümummilli liderin həyat və fəaliyyətini, onun müasir Azərbaycanın inkişafı uğrunda əldə etdiyi nailiyyətləri əks etdirən fotoşəkillərlə tanış oldular.

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənov adı müstəqil Azərbaycan Respublikasının tarixinə xilaskar, dahi şəxsiyyət və müdrik dövlət xadimi kimi yazılmış ümummilli liderimizin keçdiyi şərəfli ömür yolundan və siyasi fəaliyyətindən geniş söz açaraq, bu zəngin irsin təkcə xalqımız deyil, bütün bəşəriyyət üçün böyük töhfə olduğunu qeyd etdi.

Heydər Əliyevin dövlət təhlükəsizlik orqanları, Azərbaycan SSR Mərkəzi Komitəsinin I katibi, SSRİ MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Baş nazirinin müavini və nəhayət müstəqil Azərbaycanın Prezidenti vəzifəsində çalışdığı müddətdə gördüyü misilsiz xidmətləri vurğulanaraq, onun Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı bildirildi.

Nazir müavini ümummilli liderin milli dövlətçilik ənənələrinin bu gün dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini söyləyərək, özünü peşəkar və bacarıqlı siyasətçi kimi təsdiqləyən, intellektual imkanlarını, biliyini, təcrübəsini xalqının mənafeyi naminə səfərbər edən İlham Əliyevin çoxcəhətli fəaliyyəti sayəsində Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində genişmiqyaslı dəyişikliklərin baş verdiyini, iqtisadi sabitlik və davamlı iqtisadi inkişafın təmin olunduğunu, ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirildiyini qeyd etdi.

Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursuna sadiqliyini və onun ideyalarına dönməzliyini diqqətə çatdıran nazir müavini Penitensiar xidmətinin çoxminli kollektivinin də ulu öndərin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının həyata keçirilməsində öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışdığını bildirdi.
Toplantıda iştirak edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev dahi şəxsiyyət Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən söz açaraq, dövlətimizin xarici siyasət strategiyasının müəyyənləşdirilməsində və həyata keçirilməsində ulu öndərin tarixi xidmətlərindən danışdı.

Qeyd olundu ki, xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi görkəmli dövlət xadimi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar.

Vurğulandı ki, Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə mühüm tarixi qərarları ilə ölkənin gələcək müstəqil həyata hazırlanması istiqamətində mühüm işlər görüb.

Musa Quliyev müstəqil Azərbaycanın bugünkü inkişafının ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl şəkildə davam etdirilməsinin nəticəsi olduğunu qeyd etdi.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.

Penitensiar xidmətdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib-


Penitensiar xidmətdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib-


Penitensiar xidmətdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib-


Penitensiar xidmətdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib-


Penitensiar xidmətdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib-


Penitensiar xidmətdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib-


İnform.az


Baxış sayı: 46