Elm-təhsil, Qarabağ
08.05.2018 / 16:02

“Memarın yaddaşı – Şuşa” adlı layihə təqdim olunub- AzMİU-da(Foto)

“Memarın yaddaşı – Şuşa” adlı layihə təqdim olunub-
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Şuşanın işğalının 26-cı ildönümündə universitet müəllimlərinin və tələbələrin birgə əməyinin məhsulu olan “Memarın yaddaşı” adlı layihə təqdim olunub.

Universitetin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, təqdimat mərasiminə universitetin professor-müəllim heyəti ilə yanaşı, müxtəlif qurum və təşkilatlardan qonaqlar da qatılıb.

Layihənin rəhbəri, AzMİU-nun Strateji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarova məlumat üçün bildirib ki, layihə universitetin Biznes İnkubator Mərkəzində hazırlanan “Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin 3D modellərin layihələşdirilməsi” adlı layihənin tərkib hissəsidir.

İki il davam edən layihənin hazırlanmasında məqsəd Qarabağ bölgəsində ermənilər tərəfindən dağıdılmış memarlıq abidələrinin qədim çertyojlar əsasında 3D modellərini yaratmaqdır. “Universitetin Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, professor Səbinə Hacıyevanın rəhbərliyi altında Memarlıq fakültəsinin tələbələri böyük sevgi və maraqla onun ərsəyə gəlməsi üçün çalışıblar. Eyni zamanda bu işin reallaşması üçün Paşa Holdinq şirkəti də öz maddi dəstəyini göstərib”.

Ü.Səttarova onu da bildirib ki, ermənilərin təkcə Qarabağda deyil, respublikamızın digər bölgələrində yerləşən Azərbaycan xristianlığı dövrünə aid olan abidələrimizi mənimsəmək cəhdlərini nəzərə alaraq, məhz “Memarın yaddaşı” layihəsində həmin abidələrlə də bağlı əsl həqiqətlərinüzə çıxarılmasına çalışıblar.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova layihənin icraçılarını təbrik edib, onlara belə bir əhəmiyyətli işi gördükləri üçün təşəkkürünü bildirib. Rektor qeyd edib ki, bu gün ermənilər tərəfindən işğal olunan torpaqlarımızda xalqımızın tarixini yaşadan memarlıq irsimiz təhlükə altındadır, erməni vandalları abidələrimizi erməniləşdirməklə məşğuldur, bu abidələri dünyaya erməni abidələri kimitəqdim etməkdən çəkinmirlər. “Sizin ərsəyə gətirdiyiniz layihə doğru məlumatları əks etdirmək, tarixi faktları təhrif etmədən cəmiyyətə, xüsusilə, gənclərə təqdim etmək və gənclərimizdə vətənpərvərlik ruhunu yüksəltmək baxımından böyük əhəmiyyət daşıyır. Ona görə gördüyünüz işlər alqışlanmalıdır və davamlı olmalıdır”.

Rektorun məzmunlu çıxışından sonra layihə çərçivəsində hazırlanmış 3 filmdən ibarət video çarx nümayiş olunub. Layihənin hazırlanmasında iştirk edən S.Hacıyeva və tələbələri 2 il ərzində gördükləri işlərdən, qarşılaşdıqları çətinliklərdən danışıblar.

Onlar ümidvar olduqlarını bildiriblər ki, Qarabağ işğaldan azad olan kimi gənc memar kimi, ermənilər tərəfindən dağıdılan, dəyişdirlən memarlıq abidələrinin bərpasında fəal iştirak edəcəklər.

Digər çıxış edənlər də layihənin əhəmiyyətini vurğulayıblar və onun icraçılarına təşəkkür ediblər.

“Memarın yaddaşı – Şuşa” adlı layihə təqdim olunub-


“Memarın yaddaşı – Şuşa” adlı layihə təqdim olunub-


“Memarın yaddaşı – Şuşa” adlı layihə təqdim olunub-


“Memarın yaddaşı – Şuşa” adlı layihə təqdim olunub-


“Memarın yaddaşı – Şuşa” adlı layihə təqdim olunub-


“Memarın yaddaşı – Şuşa” adlı layihə təqdim olunub-


İnform.az

Baxış sayı: 91