Dünya
08.05.2018 / 15:16

“Rusiyanın hərbi bazası ikitərəfli münasibətlərə lazımdır” - Sarkisyan

“Rusiyanın hərbi bazası ikitərəfli münasibətlərə lazımdır” -
“Ermənistan ölkə ərazisində Rusiya hərbi bazasının saxlanmasında maraqlıdır”.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan bəyan edib.

Onun sözlərinə görə, Rusiya hərbi bazasının saxlanılması həm Ermənistana, həm də erməni-rus münasibətlərinə lazımdır.

“Çox sadə şəkildə deyə bilərəm ki, Ermənistan ərazisindəki bu Rusiya hərbi bazası Ermənistana lazımdır. Daha öncə bu bazanın Rusiyaya lazım olub-olmadığından əmin olmadığını deyirdim, bu qərarı Rusiya, Rusiya prezidenti və hökumətinin verməlidir.
Ancaq o, Ermənistana lazımdır və mənə elə gəlir ki, bu, Rusiya-Ermənistan münasibətlərinə də lazımdır”, - deyə Sarkisyan bildirib.

İnform.az

Baxış sayı: 42