Sosial
25.07.2015 / 12:24

İsmayıllıda əmək yarmarkası keçirilib

İsmayıllıda əmək yarmarkası keçirilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən İsmayıllı rayonunda işəgötürənlərin iştirakı ilə əmək yarmarkası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun iştirak etdiyi tədbirdə ölkəmizdə davamlı makroiqtisadi inkişaf və iqtisadiyyatın şaxələndirilməsinin, çoxsaylı yeni iş yerlərinin açılmasının əmək bazarının inkişafına, əhalinin məşğulluq imkanlarının artmasına şərait yaratdığı vurğulanıb.

Bildirilib ki, bu imkanlardan maksimum istifadə olunmaqla dövlət məşğulluq strategiyasının uğurlu icrası, işaxtaran və işsiz vətəndaşların iş yeri ilə təmin edilməsi istiqamətində respublikanın paytaxtında və bölgələrində aktiv məşğuluq tədbirləri həyata keçirilir. Müsbət haldır ki, keçirilən bu tədbirlərdə işəgötürənlər getdikcə daha fəal iştirak edirlər.

İnform.az

Baxış sayı: 341