Dünya
08.05.2018 / 14:59

Putin Azərbaycan prezidentinə məktub göndərib

Putin Azərbaycan prezidentinə məktub göndəribRusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində qazanılan qələbənin 73-cü ildönümü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

İnform.az APA-ya istinadən xəbər verir ki, V. Putin Azərbaycanın dövlət başçısı ilə yanaşı Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, eləcə də tanınmamış Abxaziya və Cənubi Osetiya respublikalarının liderlərinə təbrik məktubu göndərib.

Rusiya lideri Gürcüstan və Ukrayna liderlərini təbrik etməsə də, Kremlin saytında bu ölkələrin vətəndaşlarına təbrik mətni yer alıb.
Təbrikdə Putin Qələbə gününün bəşəriyyəti faşizmdən xilas etmək uğrunda müqəddəs tarixin, xalqlarımızın birliyinin və qəhrəmanlığının simvolu olduğunu vurğulayıb.

Rusiya prezidenti müharibə veteranlarına dərin təşəkkürünü bildirib, onlara can sağlığı və uzun ömür arzulayıb.

İnform.az

Baxış sayı: 45