Diaspora Akademiyası
08.05.2018 / 13:10

Azərbaycan diaspor təşkilatı Almaniya Təşkilatları Federal Birliyinə üzv olub-

Azərbaycan diaspor təşkilatı Almaniya Təşkilatları Federal Birliyinə üzv olub-
Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Almaniya Təşkilatları Federal Birliyinə üzv qəbul olunub. Təşkilata üzvlükdən sonra Mərkəz ilk dəfə Almaniya Təşkilatları Federal Birliyinin toplantısında iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Azərbaycan diaspor təşkilatı ilə yanaşı, iclasdaAlmaniyanın Bavariya Əyalətinin Münhen və digər şəhərlərindəki polyak, portuqal, fransız, türk, eriteriya, braziliya, yəhudi və əfqanicmalarının rəhbərləri, Münhen şəhər meriyasının nümayəndələri iştirak edib.

Altı saat davam edən iclasda əyalətdəki müxtəlif icmalarla bağlı məlumat verilib, onların problemləri, yerli cəmiyyətə inteqrasiya prosesində qarşıya çıxan çətinliklər və digər mövzularla bağlı geniş müzakirələr aparılıb.

Toplantıda çıxış edən Münhen Azərbaycanlıları Mədnəiyyət Mərkəzinin sədri SəttarKərimov birlikdə təmsil olunmasından məmnunluğunu ifadə edib və ölkəmizlə bağlı iştirakçılara geniş məlumat verib. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlı Qarabağ münaqişəsi, Xocalı faciəsi haqqında, eləcə də Azərbaycanın dövlətçilik ənənələri, Xalq Cümhuriyyətinin 100 illik yubileyi, müasir Azərbaycanın banisi Heydər Əliyevin xidmətləri barədə geniş çıxış edib.

Səttar Kərimovun çıxışından sonra müxtəlif icmaların rəhbərləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbriklərini səsləndiriblər, gələcək qarşılıqlı əməkdaşlıq haqqında fikirlərini bölüşüblər.

Azərbaycan diaspor təşkilatı Almaniya Təşkilatları Federal Birliyinə üzv olub-


Azərbaycan diaspor təşkilatı Almaniya Təşkilatları Federal Birliyinə üzv olub-


Azərbaycan diaspor təşkilatı Almaniya Təşkilatları Federal Birliyinə üzv olub-


Azərbaycan diaspor təşkilatı Almaniya Təşkilatları Federal Birliyinə üzv olub-


İnform.az

Baxış sayı: 196