Diaspora Akademiyası
08.05.2018 / 12:58

Xalq Cümhuriyyətinin və Qara Qarayevin 100 illiyi qeyd olunub- Düsseldorfda(Foto)

Xalq Cümhuriyyətinin və Qara Qarayevin 100 illiyi qeyd olunub-
Almaniyanın Düsseldorf şəhərinin “Vitgenşteyn” adına Mədəniyyət Mərkəzində Azərbaycan, rus və alman dilli cəmiyyətlərin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileylərinə həsr olunmuş gecə keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, tədbiri açan Düsseldorf şəhərinin meri Tomas Geysep gecənin təşkilatçısı, “Pinnokio” cəmiyyətinin rəhbəri Lalə Süleymanovaya, Azərbaycandan gəlmiş xalq yazıçısı Çingiz Abdullayevətəşəkkür edib.
Daha sonra Çingiz Abdullayev tədbir iştirakçılarına Azərbaycan xalqının böyük mədəni irsi, müxtəlif zamanlarda yaşayıb-yaratmış yazıçı və şairləri haqqında məlumat verib, Qara Qarayevin yaradıcılığı və musiqi irsi haqqında danışıb.

Tədbirin bədii hissəsində Almaniyada musiqi fəaliyyəti ilə məşğul olan həmyerlimiz Anar İbrahimov skripkada Qara Qarayevin əsərlərini ifa edib. Çexiya və Azərbaycanda tanınan dramaturq və şairə Leyla Bəyim Cəfərova isə dahi bəstəkarın 100 illiyinə həsr etdiyi “Yeddi gözəl” adlı lirik əsərini səsləndirib. Bundan sonra, Azərbaycanlı rəssam və gəlincik ustası olan Vəfa Həşimova yubiley üçün hazırladığı yeni kolleksiyasını təqdim edib.

Sonda şəhər merinə Leyla Bəyim Cəfərovanın Gülnarə Holun tərcümə etdiyi şeirlər toplusu və Vəfa Həşimovanın hazırladığı gəlinciklərin şəkli əks olunan “Yeddi gözəl” adlı albomu hədiyyə edilib.
Tədbirdə bu günlərdə dünyasını dəyişmiş Azərbaycanın xalq artisti Fuad Poladovun xatirəsi anılıb.

Qeyd edək ki, ədəbi-bədii gecə Almaniyadakı Azərbaycan Səfirliyinin dəstəyi və Düsseldorf şəhərində fəaliyyət göstərən “Pinnokio” cəmiyyətinin təşkilatçılığı ilə keçirilib.

Xalq Cümhuriyyətinin və Qara Qarayevin 100 illiyi qeyd olunub-


Xalq Cümhuriyyətinin və Qara Qarayevin 100 illiyi qeyd olunub-


Xalq Cümhuriyyətinin və Qara Qarayevin 100 illiyi qeyd olunub-


Xalq Cümhuriyyətinin və Qara Qarayevin 100 illiyi qeyd olunub-


Xalq Cümhuriyyətinin və Qara Qarayevin 100 illiyi qeyd olunub-


İnform.az

Baxış sayı: 120