Dünya, Siyasət
08.05.2018 / 12:21

Ermənistan parlamentinin kritik iclası başlayıb

 Ermənistan parlamentinin kritik iclası başlayıb
Nikol Paşinyanın tərəfdarları İrəvanın mərkəzindəki Respublika meydanına toplanıb.

İnform.az axar.az-a istinadən xəbər verir ki, ötən gün Nikol Paşinyanın çağırışına uyğun olaraq, əhali artıq müxalif lideri dəstək vermək üçün aksiyaya başlayıb.

Aksiyada çıxış edən yoxdur, musiqi qrupu akisya iştirakçıları qarşısında çıxış edir.

Qeyd edək ki, Paşinyan dünən saat 12:00-da parlamentdə baş nazir seçkisinin başlayacağını bildirmiş və tərəfdarlarını saat 11:00-da Respublika meydanında toplanmağa səsləmişdi.

***

Ermənistan parlamentində baş nazir seçkisi üçün iclas başlayıb.

İclas Respublika meydanında qoyulan televizorda canlı nümayiş olunur.



İnform.az

Baxış sayı: 134