Din
07.05.2018 / 20:00

“Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir” adlı tədbir keçirilib

“Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir” adlı tədbir keçirilib
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Gəgiran kənd tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar “Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir” mövzusunda tədbir keçirilib.

İnform.az-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları Ramin Hüccətov, Cəmil Axundzadə, Gəgiran kənd tam orta məktəbinin direktoru Ziyafəddin Cavadov, müəllimlər və şagirdlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilb.

Tədbiri giriş sözü ilə açan Gəgiran kənd tam orta məktəbin direktoru Ziyafəddin Cavadov çıxışında keçirilən tədbirin mövzusu haqqında məlumat verərək, Xalq Cümhuriyyəti dövründə görülən işlərdən danışıb. Z.Cavadov 1991-ci ildə Azərbaycan yenidən müstəqillik əldə etdikdən, Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra isə bütün sahələrdə mütərəqqi nailiyyətlər əldə edildiyini bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli “Azərbaycanda dövlət-din münasibətləri: dünən və bu gün” mövzusunda çıxış edərək Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə və Azərbaycan Respublikasında həyata keçirilən dövlət-din münasibətləri haqqında məlumat verib. Bildirib ki, bu gün Azərbaycanda tolerant, multikultural mühit, həmrəylik və vəhdət hökm sürür.

Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları Ramin Hüccətov və Cəmil Axundzadə çıxışlarında Azərbaycan Xalq CümhuriyyətininŞərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu qeyd ediblər. Natiqlər, Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasında xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən, bu gün isə onun layiqli varisi cənab Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə mühüm uğurların qazanıldığını vurğulayıblar.

Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümyiş etdirilib və şagirdlərin ifasında şeirlər səsləndirilib.

İnform.az


Baxış sayı: 263