Elm-təhsil
07.05.2018 / 19:10

Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib- ADBTİA-da(Foto)

Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib-
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunan tədbir keçirilib.

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib.

Akademiyanın Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, tədbirdə Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Olimpiya və dünya çempionları, professor-müəllim və tələbə heyəti iştirak edib.

Xatirə tədbirində Tofiq Quliyev adına 12nömrəli musiqi məktəbinin uşaq xoru tərəfindən ümummilli liderin sevimli mahnıları ifa olundu, daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Yubiley tədbirində iştirak edən dövlət rəsmiləri xüsusi olaraq qeyd etdilər ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə həm idmana, həm təhsilə münasibət kökündən dəyişib.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahat yönümlü dövlət təhsil siyasətinin əsas məqsədi ölkənin malik olduğu təbii sərvətlərin insan kapitalına çevrilməsi olub.

Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib-


İnform.az



Baxış sayı: 1193