Texnologiya
07.05.2018 / 18:38

Dövlət Radiotezliklər İdarəsinin yeni rəhbəri təyin olunub

Dövlət Radiotezliklər İdarəsinin yeni rəhbəri təyin olunubRaid Ələkbərli Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

İnform.az-ın xəbərinə görə, bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Qeyd edək ki, R.Ələkbərli daha əvvəl “Delta Telecom” şirkətində texniki direktor vəzifəsində işləyib. Yeni vəzifəyə təyin olunanadək və hal-hazırda o, ADA Universitetində informasiya üzrə baş mütəxəssis işləyir.

İnform.az

Baxış sayı: 224