Rəsmi, Baş xəbər
07.05.2018 / 18:36

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilib

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilibPrezident İlham Əliyev Kamran İmanovun Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Kamran Sultan oğlu İmanov Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri təyin edilsin.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

İnform.az

Baxış sayı: 31