Baş xəbər, Hərbi, Qarabağ
05.05.2018 / 14:00

Qarabağdan Ermənistana hərbçilərin axını davam edir

Qarabağdan Ermənistana hərbçilərin axını davam edir
Xidmət yerindən qaçaraq etirazçılara qoşulan erməni hərbçilərin sayı artır.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, işğal altında olan ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrində son günlər xidmət yerindən qaçaraq etirazçılara qoşulan hərbi qulluqçuların sayı artrıb.

Ordu mənsublarının hərbi formada etirazçılara qoşulmasından dərhal sonra Ermənistan müdafiə nazirliyi bir birinin ardınca bəyanatlar verərək, bu addımların yolverilməz olduğunu bildir. Lakin bu müraciətlər mövcud durumu xilas etmir.

Belə ki, hərbi rəhbərliyin bəyanatlarından sonra etirazçılara qatılmaq istəyən erməni hərbçilər xidmət yerlərindən qaçaraq mülki geyimlərdə yürüşlərə qoşulurlar. Bu günlərdə faktla bağlı işğalçı ordunun Qarabağda yerləşdirilən bölmələrində təcili yoxlamalar keçirilib. Yoxlamaların nəticələrinin açıqlanmasının böyük qalmaqala səbəb olacağından çəkinən kriminal rejimin rəhbərliyi sabitlik yaranana qədər belə addım atan hərbi qulluqçular barədə tədbir görülməməsinə, yəni məsuliyyətə cəlb edilməmələri barədə göstəriş verib.

Məlumatda həmçinin məzuniyyətdə olan hərbi qulluqçuların da əksəriyyətinin yürüşlərə məhz mülki geyimdə qoşulduğu bildirilir.

Qarabağdakı hərbi hissədən yeməkxana növbətçisi və daha bir hərbi qulluqçu ilə qaçaraq yürüşlərə qoşulan Gevork Mkrtçyan adlı hərbi qulluqçu bu kimi halların baş verdiyi barədə qohumlarına sosial şəbəkə vasitəsilə yazıb.

Eyni zamanda Dağlıq Qarabağdan İrəvana gedən nəqliyyat vasitələrinin yoxlanması gücləndirilib. Müvafiq sənədləri olmayan hərbi qulluqçuların İrəvana getməsinin qarşısı alınır.

İnform.az

Baxış sayı: 31