Mədəniyyət
05.05.2018 / 11:20

“Korlar” Lənkəran səhnəsində- FOTO

“Korlar” Lənkəran səhnəsində-Mayın 4-də Lənkəran Dövlət Dram Teatrında Belçika yazıçısı, Nobel mükafatı laureatı Moris Meterlinkin “Korlar” tamaşasının premyerası olub. Gənc rejissor Emil Əskərovun Lənkəran səhnəsində debütü olan bu əsərdə hadisələr qaranlıq bir məkanda cərəyan edir.

Tamaşadakı bütün obrazlar kordur. Personajların hər biri işıqlı dünyadan məhrumdur. Onlar nə ay işığını, nə günəş şüasını, nə də bir-birlərini görürlər. Dünya onlar üçün qaranlıqdan ibarətdir. Bu korlar bir-birini yalnız səsləri ilə seçib ayırırlar. Ayrı-ayrılıqda bu korların hər birinin öz dünyası, öz istəyi və arzusu var...

Tamaşaçıların böyük maraqla izlədikləri səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Şahrud Mehdiyeva, Əbülfəz Axundov, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Aynur Əhmədova, Emin Fərzullayev, Aysel Cahangirova, Günel Abbaszadə və Ülkər Quliyeva ifa edirlər.

Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

“Korlar” Lənkəran səhnəsində-


Ağəddin Babayev/Lənkəran

Baxış sayı: 380