Gündəm, Hüquq
05.05.2018 / 10:46

Külli miqdarda heroin götürülüb

Külli miqdarda heroin götürülüb
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan İnform.az-a verilən məlumata görə,

RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunan Akif
Şirinovun yaşadığı evdən ümumi çəkisi 18, 570 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

İnform.az

Baxış sayı: 142