Hüquq
04.05.2018 / 16:36

Beynəlxalq konfrans gömrük-biznes münasibətlərinin inkişafına müsbət təsir göstərəcək

Beynəlxalq konfrans gömrük-biznes münasibətlərinin inkişafına müsbət təsir göstərəcək
Mayın 4-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet de Pablo arasında ikitərəfli görüş keçirilib.

İnform.az DGK Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Səfər Mehdiyev mayın 4-də başa çatan Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının Konfransının uğurla keçdiyini və konfransda müzakirə edilən məsələlərin, yaradılan əməkdaşlıq əlaqələrinin qlobal ticarət zəncirinin davamlılığının təmin edilməsinə, sürətli və asan şəkildə həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib. Komitə sədri konfransın gömrük-biznes münasibətlərinin inkişafına, SİO-ların gələcək fəaliyyətinə də müsbət təsir göstərəcəyini vurğulayıb.

Antonio Llobet de Pablo səmimi qonaqpərvərliyə və konfransın yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, konfransın beynəlxalq ticarətin inkişafında, gömrük prosedurlarının asan və sürətli həyata keçirilməsində, gömrük-biznes əməkdaşlığının daha da gücləndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Tərəflər konfrans çərçivəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyası arasında imzalanan Fəaliyyət Planına dair protokol barədə fikir mübadiləsi aparıb, razılaşmanın qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm addım olduğunu bildiriblər.

İnform.az

Baxış sayı: 180