Din
04.05.2018 / 16:23

“Əbədiyaşar şəxsiyyət” adlı tədbir keçirilib- Astarada(Foto)

“Əbədiyaşar şəxsiyyət” adlı tədbir keçirilib-
Bu gün, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəs iüzrə şöbəsi və Astara Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Əbədiyaşar şəxsiyyət” adlı tədbir keçirilib.

Bu barədə İnform.az-a şöbənin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Şəhər bələdiyyəsinin sədri Aygül Məmmədova, Astara qəzetinin baş redaktoru Fəridə Ağazadə, ictimaiyyət nümayəndələri və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova çıxışında Ulu Öndər Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib. K.Səmədova Heydər Əliyevin zəngin və tarixi irsini öyrənmək və ondan Azərbaycanın daha da güclənməsi naminə istifadə etməyin hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd edib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında Azərbaycanın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti sayəsində dağılmaq və məhv olmaq təhlükəsindən xilas olduğunu bildirib. Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyası ilə, xalqımız qarşısındakı əvəzolunmaz və tarixi xidmətləri ilə hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq qazanıbdır,-deyə T.Həsənzadə vurğulayıb.

Şəhər bələdiyyəsinin sədri Aygül Məmmədova, Astara qəzetinin baş redaktoru Fəridə Ağazadə, Heydər Əliyev Mərkəzinin əməkdaşı Elza Kazımova çıxışlarında Ulu Öndərin müasir və müstəqil Azərbaycan Respublikasının qurucusu olduğunu qeyd ediblər. Natiqlər, Heydər Əliyevin əsasını qoyduğu strategiyanın cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə siyasi və iqtisadi sabitliyə nail olunduğunu, bütün sahələrdə böyük uğurlar əldə edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Sonda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film izlənilib.

“Əbədiyaşar şəxsiyyət” adlı tədbir keçirilib-


“Əbədiyaşar şəxsiyyət” adlı tədbir keçirilib-


“Əbədiyaşar şəxsiyyət” adlı tədbir keçirilib-


İnform.az


Baxış sayı: 124