Hüquq
04.05.2018 / 10:49

“Bakıda ağır və xüsusilə ağır cinayətlərin sayında azalma müşahidə olunur” - Prokuror

“Bakıda ağır və xüsusilə ağır cinayətlərin sayında azalma müşahidə olunur” -“Paytaxtın prokurorluq orqanlarının keçirdiyi istintaq tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin, o cümlədən qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd cinayətlərinin, quldurluq, bağlı qalmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilir. Həmçinin bu kateqoriyadan olan cinayətlərin, ağır və xüsusilə ağır cinayətlərin sayında azalma müşahidə olunur”.

İnform.az "Report"-a istinadən xəbər verir ki, bunu Bakı şəhər prokuroru İlqar Abbasov bildirib.

“Bütün bunlar respublikamızda ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində görülmüş işlərin müsbət nəticəsidir. Şəhər prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik sahəsində tələbkarlıq daha da artırılıb, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib”, - İ.Abbasov əlavə edib.

İnform.az

Baxış sayı: 173