Dünya, Texnologiya
04.05.2018 / 07:30

Almaniyadan Feysbuka XƏBƏRDARLIQ

Almaniyadan Feysbuka
Feysbuk şirkəti istifadəçi məlumatlarının qorunması üçün əlavə tədbirlər görməlidir.

İnform.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Ədliyyə naziri Katarin Barli tərəfindən yazılan məktubda deyilib.

Xatırladaq ki, Kembric Analitik Şirkəti tərəfindən 50 milyon Feysbuk istifadəçisinin məlumatları qeyri-qanuni şəkildə istifadə edilmişdi. Firma Donald Trampın seçki kampaniyasını internet üzərindən aparıb və eyni zamanda, britaniyalı Breksit tərəfdarı olan siyasətçiləri soydaşlarını Avropa Birliyindən çıxmaqda inandırmaq məsələsində dəstəkləyib. Feysbuk məlumatlı olsa da, iki il ərzində bu qanun pozuntusu haqqında qərar verməyib.

İnform.az

Baxış sayı: 173