Din, Elm-təhsil
03.05.2018 / 17:20

“Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib- Lənkəranda(Foto)

“Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib-

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə şəhər R.Məmmədov adına 5 saylı tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.

Şöbənin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov, 5 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfər Fətullayev, müəllimlər və şagirdlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan 5 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfər Fətullayev çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rol, çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib. C.Fətullayev keçirilən tədbirin gənclərin mənəvi-psixoloji hazırlığı və ictimai dünyagörüşlərinin formalaşmasında mühüm rol oynadığını bildirib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Ulu Öndər Heydər Əliyevin hər zaman xalqına ləyaqətlə xidmət etiyini, onun fəaliyyətinin öyrənilməsinin hər bir vətəndaş üçün mənəvi borc olduğunu qeyd edib. E.Həmidli Ulu Öndərin ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra milli-mənəvi və dini dəyərlərə qayıdışın baş verdiyini bildirib. E.Həmidli ölkəmizdə dövlət-din münasibətlərinin Ulu Öndər tərəfindən çox böyük uzaqgörənliklə əsasının qoyulduğunu, bu gün Möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.

Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov çıxışında ölkəmizdə dövlət gənclər siyasətinin əsasının məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Bu siyasətin həyata keçirilməsi sayəsində yüksək təhsil almış, vətəninə, dövlətinə sadiq, milli mənafeyi hər şeydən üstün tutan gənclər ordusu formalaşmışdır,-deyə R.Hüccətov fikrini davam etdirib.

R.Hüccətov həmçinin Heydər Əliyevin təhsilin inkişafı naminə gördüyü işlər haqqında tədbir iştirakçılarına müfəssəl məlumat verib.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film izlənilib, şagirdlərin ifasında şeirlər səsləndirilib.

“Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib-


“Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib-


“Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib-


“Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib-


“Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib-


İnform.az


Baxış sayı: 162