Türkiyə, Dünya
03.05.2018 / 15:30

Türkiyə və Ukrayna birlikdə hərbi təyyarə istehsal edəcək

Türkiyə və Ukrayna birlikdə hərbi təyyarə istehsal edəcək
Ukrayna və Türkiyə birlikdə An-188 turboreaktiv hərbi-nəqliyyat təyyarəsi yaradacaq.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə “Ukroboronprom” dövlət konserni məlumat yayıb.

Məlumata görə, layihə çərçivəsində nəzərdə tutulan təyyarə tam şəkildə NATO standartlarına uyğundur. Həm avadanlıqları, həm də taktiki təminatı Alyansın tələblərinə cavab verir.

An-188-in 50 tonadək yük qaldırıcılığına malik ola biləcəyi qeyd olunur. Onunla həm istənilən növ hərbi texnika, hərbi və tikinti avadanlıqları, helikopterlər, 300-dək əsgər, həmçinin humanitar yüklər, pallet və konteyner daşıya biləcəyi qeyd olunur.

İnform.az

Baxış sayı: 169