Hüquq
03.05.2018 / 13:44

Şirvan sakinindən narkotik maddə götürülüb

Şirvan sakinindən narkotik maddə götürülübŞirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun məlumatına görə, ŞPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini əvvəllər xarici dövlətlərdə bir neçə dəfə məhkum olunmuş Teyub Tağıyev saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd bükümdə ümumi çəkisi 36,136 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır.

Toğrul Nəsirli/polis leytenantı

Baxış sayı: 248