Dünya, Siyasət
03.05.2018 / 10:25

Trampın sağlamlığı ilə bağlı sirr açıldı- Şəxsi həkimi danışdı

Trampın sağlamlığı ilə bağlı sirr açıldı-
ABŞ Prezidenti Donald Trampın keçmiş şəxsi həkimi Harold Bornstein 2015-ci ildə dövlət başçısı ilə bağlı hazırladığı sağlamlıq rəyinin Ağ Ev rəhbərinin özü tərəfindən diktə edildiyini bildirib.

İnform.az axar.az-ın xəbərinə istinadən bildirir ki, həkim rəyi özünün yazmadığını deyib.

“Bütün yazılanları Tramp diktə etdi. Onları mən yazmadım”, - o vurğulayıb.

Qeyd edək ki, seçki kampaniyası ərəfəsində D.Trampın sağlamlıqla bağlı rəyinə onun qeyri-adi dözümə malik olduğu, bu günə qədər prezidentliyə ən sağlam namizəd olduğu yazılırdı.

Ağ Ev hələ ki, Bornsteinin açıqlamasını şərh etməyib.

İnform.az

Baxış sayı: 225