Hüquq
03.05.2018 / 10:10

Avtomobil oğruları saxlanıldılar

Avtomobil oğruları saxlanıldılarDİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun məlumatına görə mayin 2-də Gədəbəy rayon, Soyuqbulaq kənd sakini Məqsəd Qurbanov(09.06.1986) rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, avtovağzal ərazisəndə ona məsxsuz VAZ 2121 markalı avtobilin tanımadığı şəxlər tərəfindən qaçırıldığını bildirib.

Faktla bağlı dərhal Gədəbəy RPŞ-də əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Avtomilin yerinin müəyyənləşməsi istiqamətində həyata keçirilən tədbilər nəticəsində müəyyən olunub ki, vətəndaşa məxsus avtomobili Gədəbəy rayon sakinləri Əfqan Əliyev(09.05.1992) və Hafiz Abdullayev(08.08. 1993) qaçırıb.

Saxlanılan şəxslər ilkin ifadələrində avtomobili rayon ərazisində gəzmək məqsədi ilə qaçırdıqlarını qeyd ediblər.

Fakla bağlı araşdırmalar davam etdirilir.

Eşqin Qasımov/DİN-nin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru,
polis leytinantı

Baxış sayı: 239