Din
02.05.2018 / 17:23

“Heydər Əliyev və Azərbaycan tarixi” adlı tədbir keçirilib- Lerikdə(Foto)

“Heydər Əliyev və Azərbaycan tarixi” adlı tədbir keçirilib-
Bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lerik rayonu Əbülfəz Məmmədov adına Mastayıl kənd tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan tarixi” adlı tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Mastayıl kənd tam orta məktəbinin direktoru Ramazan Abdulov, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mastayıl kənd tam orta məktəbinin direktoru Ramazan Abdulovçıxışında Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən geniş bəhs edib.

R.Abdulov dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin fəaliyyəti və möhkəm siyasi iradəsi nəticəsində müasir Azərbaycan dövlətinin qurulduğunu, ölkəmizin dünya məkanında öz layiqli yerini tutduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında Ulu Öndər Heydər Əliyevin zəngin irsinin, çoxşaxəli fəaliyyətinin hər bir Azərbaycan vətəndaşı üçün, hər bir gənc üçün nümunə olduğunu bildirib. A.Həsənov Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini qeyd edib.

Mastayıl kənd tam orta məktəbinin müəllimi Fəxrəddin Əliyev və digərləri çıxışlarında Ulu Öndərin xalqımızın tarixi yaddaşında əbədi yer tutduğunu, müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan tarixi şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazandığını vurğulayıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Heydər Əliyev və Azərbaycan tarixi” adlı tədbir keçirilib-


“Heydər Əliyev və Azərbaycan tarixi” adlı tədbir keçirilib-


İnform.az

Baxış sayı: 110