Rəsmi, Baş xəbər, Siyasət
02.05.2018 / 17:13

Zəmanətin ipoteka kreditinə nisbəti və illik komissiya müəyyənləşdirildi

Zəmanətin ipoteka kreditinə nisbəti və illik komissiya müəyyənləşdirildiPrezident İlham Əliyev “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklərə əsasən həmin fərmanla təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası” üzrə 2.1.6-cı yarımbənd aşağıdakı redaksiyada verilir:

“2.1.6. faiz subsidiyası – bu Qaydaya uyğun olaraq yalnız sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə Fondun zəmanət verdiyi təqdirdə həmin kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin ödənilməsi üçün dövlətin əvəzsiz verdiyi maliyyə vəsaiti;”;

3.2.5-ci yarımbənd aşağıdakı redaksiyada verilir:

“3.2.5. borcalanın bank hesabları üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla borcalan arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda;”;

4.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilir:

“4.1.2. bir borcalanın bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği 5 000 000 (beş milyon) manatdan, bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği isə 10 000 000 (on milyon) manatdan çox olmamalı;”;

4.2.1-ci yarımbənddə "500 000 (beş yüz min)" sözləri "3 000 000 (üç milyon)" sözləri ilə əvəz edilir; 4.2.2-ci yarımbənddə "750 000 (yeddi yüz əlli min)" sözləri "6 000 000 (altı milyon)" sözləri ilə əvəz edilir; 5.1.1-ci yarımbənddən “bankın faiz subsidiyası həcmində ödənişləri həmin borcalana ödəmək və ya” sözləri çıxarılır.

5.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilir: “5.1.2. zəmanət üzrə öhdəliyin icra edilməsi üçün borcalana qarşı tələb hüququnu Fondun əldə etməsi.”;

5.2.1-ci yarımbənddə “borcalan” sözündən sonra “zəmanət tələb olunan” sözləri əlavə edilir, “yazılı” sözü “Elektron hökumət” portalında olan “Elektron ipoteka və kredit zəmanət” sistemi (bundan sonra – elektron sistem) vasitəsilə” sözləri ilə əvəz edilir;

5.2.2-ci yarımbəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir: “Bu qərar müvəkkil bank tərəfindən elektron sistemdə yerləşdirilir;”;

5.2.3-cü yarımbənddə və 5.5-ci bənddə “yazılı” sözü “elektron sistem vasitəsilə” sözləri ilə əvəz edilir;

5.2.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.2.4. müvəkkil bank zəmanət üçün müraciət etdikdə, müvafiq sənədləri elektron sistem vasitəsilə Fonda təqdim edir. Hər hansı sənəd üzrə məlumatların elektron sistem vasitəsilə alınması mümkün olmadıqda, borcalan həmin sənədi müvəkkil banka təqdim etməlidir. Müvəkkil bank təqdim olunmuş sənədin surətini elektron sistemdə həmin gün yerləşdirməlidir. Təqdim olunan sənədlər aşağıdakılardır:”;

Bundan başqa, fərmanın 5.4-cü bəndi aşağıdakı redaksiyada verilir: “5.4. Fond zəmanətin verilməsi üzrə müvəkkil bankın müraciəti ilə bağlı 10 (on) iş günü müddətində qərar qəbul edir və bu qərar elektron sistemdə yerləşdirilir.”;

5.7-ci bəndin birinci və ikinci cümlələri aşağıdakı redaksiyada verilir:

“5.7. Fondun qərarı müsbət olduqda, 3 (üç) iş günü müddətində müvəkkil banka zəmanətlə bağlı yazılı məlumat təqdim edilir və bu qərar elektron sistemdə yerləşdirilir. Zəmanətlə bağlı məlumat müvəkkil bank və müştəri arasında bağlanan kredit müqaviləsində qeyd olunur və zəmanət kredit müqaviləsinin imzalandığı tarixdən qüvvəyə minir.”;

8.2-ci bənd aşağıdakı redaksiyada verilir: "8.2. Hər bir müraciət üçün müvəkkil bank tərəfindən zəmanət məbləğinin 0.1%-i (maksimum 50 (əlli) manat) həcmində xidmət haqqı ödənilir.";

8.5-ci bənd aşağıdakı redaksiyada verilir: “8.5. Birdəfəlik komissiya zəmanətin qüvvəyə mindiyi tarixə olan məbləği üzrə hesablanır. İllik komissiya isə zəmanətin qüvvədə olduğu müddətdə gündəlik əsasda zəmanətin qalıq məbləğinə hesablanır və aylıq qaydada ödənilir. Birdəfəlik və illik komissiyaların, habelə xidmət haqqının ödənilməsi qaydası müvəkkil bank və Fond arasında bağlanmış çərçivə müqaviləsi ilə tənzimlənir.”;

8.6-cı bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilir: “8.6. Müvəkkil bank hər ay üzrə birdəfəlik və illik komissiya, habelə xidmət haqqı barədə hesabatını həmin aydan sonrakı 5 (beş) iş günü müddətində elektron sistem vasitəsilə Fonda təqdim edir.”

9.5-ci bənd aşağıdakı redaksiyada verilir: “9.5. Fond, bu Qaydanın 9-cu və 10-cu hissələrində göstərilənləri nəzərə almaqla, tələbin daxil olduğu tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq zəmanətin ödənilməsi ilə bağlı qərar verir və müvəkkil banka bu barədə yazılı bildiriş göndərir. Bildiriş əsasında müvəkkil bank 3 (üç) iş günü müddətində borcalana münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüquqlarını tam həcmdə tələbin güzəşti müqaviləsi və ya adlı qiymətli kağız üzrə indossament yolu ilə Fonda güzəşt edir.”;

9.6-cı bəndə aşağıdakı məzmunda birinci cümlə əlavə edilir: “Tələb hüquqları Fonda güzəşt edildikdən sonra Fond 3 (üç) iş günü müddətində zəmanət üzrə ödənişi müvəkkil bankın hesabına köçürür.”;

10.5-ci bənd aşağıdakı redaksiyada verilir: “10.5. Müvəkkil banka yeni zəmanət verilməsi bu Qaydanın 10.3.1–10.3.3-cü yarımbəndlərində nəzərdə tutulmuş hallar aradan qalxdıqda, 10.3.4-cü yarımbənddə qeyd edilən halın baş verməsindən isə 3 (üç) ay keçdikdə yenidən bərpa olunur.”;

Həmçinin 10.6.1-ci yarımbəndin birinci cümləsi aşağıdakı redaksiyada verilir:

"10.6.1. müvəkkil bankın həmin kredit üzrə zəmanətin ləğv edilməsi barədə elektron sistem vasitəsilə müraciəti olduqda və ya zəmanət verilməsinə görə ödəmə vaxtı çatmış xidmət haqları və komissiyaların ödənişi 1 (bir) aydan çox gecikdirildikdə.";

10.7-ci bənd aşağıdakı redaksiyada verilir: “10.7. Müvəkkil bankla bağlanmış çərçivə müqaviləsi həmin müqavilədə nəzərdə tutulmuş hallarda yalnız qarşılıqlı öhdəliklər tam icra edildikdən sonra ləğv edilə bilər.”;

11.1-ci bənd isə aşağıdakı redaksiyada verilir: “11.1. Fondun Himayəçilik Şurası hər bir müvəkkil bank üzrə zəmanətin maksimum limitinin (bundan sonra – limit) müəyyənləşdirilməsi qaydasını təsdiq edir.”;

11.3-cü bənd aşağıdakı redaksiyada verilir: “11.3. Fondun İdarə Heyəti hər bir müvəkkil bank üzrə limiti aşağıdakılar nəzərə alınmaqla Fondun Himayəçilik Şurası tərəfindən təsdiq olunmuş daxili təsnifləşdirmə modelinə əsasən müəyyən edir:”;

11.11-ci bənd aşağıdakı redaksiyada verilir: “11.11. Çərçivə müqaviləsi ləğv edildikdə, həmin bank üzrə ayrılmış limitin istifadə olunmamış hissəsi bu Qaydanın 11.7-ci bəndinə müvafiq olaraq digər müvəkkil banklar arasında bölüşdürülür.”;

13-cü hissənin adı aşağıdakı redaksiyada verilir:

“13. Zəmanətə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaitlərin bölüşdürülməsi”;

13.1-ci bənd aşağıdakı redaksiyada verilir: “13.1. Zəmanətə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaitlər həmin kredit üzrə zəmanətin kreditə olan faiz nisbətinə müvafiq olaraq Fonda, bu vəsaitlərin qalan hissəsi isə müvəkkil banka ödənilir.”;

13.3-cü bənd aşağıdakı redaksiyada verilir: “13.3. Zəmanət verilmiş krediti olan borcalanın müvəkkil bankda bir neçə krediti olduqda, bu kreditlər üzrə daxil olan vəsaitlər aşağıdakı hallarda müvəkkil bank tərəfindən zəmanət verilmiş kredit üzrə ödənişlərin həyata keçirilməsinə yönəldilir:

13.3.1. zəmanət verilmiş kredit gecikmədə olduqda həmin kredit gecikmədən çıxanadək;

13.3.2. zəmanət verilmiş kredit üzrə zəmanət ödənişi həyata keçirildikdə, həmin kredit tam ödənilənədək.”;

Fərmana aşağıdakı məzmunda 14-cü hissə əlavə edilsin:

“14. Keçid müddəa

Elektron sistem fəaliyyətə başlayanadək bu Qaydanın 5.4–5.8-ci və 8.6-cı bəndlərində və 5.2.1–5.2.4-cü və 10.6.1-ci yarımbəndlərində elektron sistem vasitəsilə edilməsi nəzərdə tutulmuş əməliyyatlar yazılı formada həyata keçirilməlidir.”;

Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası” üzrə 5.1-ci bənd aşağıdakı redaksiyada verilir: “5.1. Risklərin idarə edilməsi Fondun İdarə Heyəti, İdarə Heyətinin sədri tərəfindən yaradılan risklərin idarə edilməsi üzrə daxili komitə və digər məsul struktur bölmələr tərəfindən həyata keçirilir.”;

6.1-ci bənd aşağıdakı redaksiyada verilir: “6.1. Borcalanın kredit reytinqi Fondun kredit reytinqi modeli əsasında müəyyən olunur.”;

7-ci hissə aşağıdakı redaksiyada verilir:

“7. Zəmanətin kreditə nisbəti və illik komissiyanın müəyyən edilməsi

7.1. Zəmanətin kreditə nisbəti (örtülmə əmsalı) müəyyən edilərkən bu Qaydanın 6.2-ci bəndinə əsasən müəyyən olunmuş risk kateqoriyası nəzərə alınmaqla, aşağıdakı cədvəldə göstərilən təminatın kreditə nisbəti (aşağı, orta və yuxarı) əsas götürülür:

7.2. Fondun kredit reytinqi modelinin nəticələrinə görə “yüksəkriskli” kateqoriyaya aid olan kreditlərə zəmanət verilmir.

7.3. Zəmanət məbləği bu Qaydanın 7.1-ci bəndində müəyyən olunmuş zəmanətin kreditə nisbəti nəzərə alınmaqla müvəkkil bankın müraciəti əsasında təyin edilir. Zəmanətin qüvvədə olduğu müddətdə zəmanətin kreditə nisbəti, müvəkkil bankın müraciəti əsasında, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nda müəyyən edilmiş həddə qədər azaldıla bilər. Bu zaman zəmanətə görə illik komissiya dəyişdirilmir.

7.4. Təminatın kreditə nisbəti kateqoriyalarının (aşağı, yuxarı və orta) hədlərini Fondun İdarə Heyəti müəyyən edir və ona ən azı ildə bir dəfə olmaqla yenidən baxılır.

7.5. İllik komissiyanın həcmini Fondun Himayəçilik Şurası tərəfindən təsdiq olunmuş müvafiq qaydalara əsasən Fondun İdarə Heyəti müəyyən edir.";

8.8-ci bənd aşağıdakı redaksiyada verilir: “8.8. Fond risklərin idarə edilməsi sisteminin effektivliyini mütəmadi olaraq qiymətləndirir və onun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür.”;

Aşağıdakı məzmunda 10-cu hissə əlavə edilsin:

“10. Keçid müddəa

Elektron sistem fəaliyyətə başlayanadək bu Qaydanın 9.1-ci bəndində elektron sistem vasitəsilə təqdim edilməsi nəzərdə tutulmuş hesabatlar yazılı formada təqdim edilməlidir.”;

Həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası” üzrə 5.6-cı bənd aşağıdakı redaksiyada verilir:

“5.6. Fond faiz subsidiyasının verilməsinə və onun həcminə dair müvafiq qərar qəbul edir və bu qərar elektron sistemdə yerləşdirilir. Aşağıdakı hallarda faiz subsidiyasının verilməsindən imtina olunur:

5.6.1. ödənilməli olan faiz subsidiyasının məbləği müvəkkil bank üçün müəyyən edilmiş faiz subsidiyası limitinin istifadə edilməmiş hissəsindən çox olduqda;

5.6.2. faiz subsidiyasının verilməsi üçün müraciət olunan kredit üzrə zəmanət verilməsindən imtina edildikdə;

5.6.3. faiz subsidiyasının verilməsi üçün müraciət bu Qaydanın 3-cü hissəsində müəyyən olunmuş hallara uyğun olmadıqda.”;

6.1-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilir:

“6.1. Müvəkkil bank hər ayın 5-dək hesablanmış faizlərin faktiki ödənilməsinə dair hesabatı və faiz subsidiyasının ödənilməsinə dair müraciəti elektron sistem vasitəsilə Fonda təqdim edir.”;

7.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilir:

“7.1.1. faiz subsidiyasının ödənilməsinə dair müvəkkil bankın elektron sistem vasitəsilə Fonda müraciət tarixinə 1 iş günü qalanadək borcalanın müvəkkil bankda olan hesabı üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla borcalan arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda – həmin borc tam məbləğdə ödənilənədək (öhdəlik yerinə yetirilənədək);”;

Aşağıdakı məzmunda 9-cu hissə əlavə edilsin:

“9. Keçid müddəa

Elektron sistem fəaliyyətə başlayanadək bu Qaydanın 5.1-ci, 5.2-ci, 5.4-cü, 5.6-cı, 6.1-ci və 7.4-cü bəndlərində və 5.1.1-ci, 7.1.1-ci və 7.1.2-ci yarımbəndlərində elektron sistem vasitəsilə edilməsi nəzərdə tutulmuş əməliyyatlar yazılı formada həyata keçirilməlidir.”.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

İpoteka və Kredit Zəmanət Fondu bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirləri həyata keçirəcək.

İnform.az

Baxış sayı: 32