Baş xəbər, İqtisadiyyat
02.05.2018 / 12:55

Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı keçirilir- FOTO

Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı keçirilir-
Xəbər verdiyimiz kimi, mayın 2-də Bakı şəhərində Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı başlayıb.

İnform.az DGK-nin Mətbuat xidmətindən verilən məlumata istinadən bildirir ki, "Hilton Baku" mehmanxanasında keçirilən tədbiri sözügedən beynəlxalq assosiasiya və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi birgə təşkil edib.

"İqtisadi inkişaf üçün təhlükəsiz biznes mühitinə dəstək" devizi ilə keçirilən konfransa 25 ölkədən 150 nümayəndə qatılıb.

Toplantının açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet, Ümumdünya Gömrük Təşkilatı baş katibinin müavini Rikardo Trevino, İspaniya Gömrük və Aksiz İdarəsinin baş direktoru xanım Pilar Jurado, "KGH Border Services" şirkətinin prezidenti və icraçı direktoru Lars Karlsson, Avropa İttifaqının səfiri - nümayəndə heyətinin rəhbəri Kestutis Jankauskas və Ümumdünya Gömrük Təşkilatı Şurasının sədri Enrique Kanon iştirak edib.

Açılış mərasimindən sonra "İpək yolu: korporativ perspektiv" adlı əsas məruzə ilə "DHL Global Forwarding" şirkətinin gömrük nəzarəti və hüquqi məsələlər üzrə qlobal direktoru Pavel İvanov çıxış edib.

Hazırda konfransda "Təhlükəsiz biznes mühitinin başlıca elementləri" mövzusunda digər məruzələr dinlənilir və müzakirələr aparılır.

Tədbirin ilk günü Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası ilə başa çatacaq.

Beynəlxalq toplantı mayın 4-dək davam edəcək.

Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı keçirilir-


Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı keçirilir-


İnform.az

Baxış sayı: 270