Türk dünyası, Siyasət
02.05.2018 / 10:02

Türkiyənin 4 müxalifət partiyası seçki ittifaqı yaradıb

Türkiyənin 4 müxalifət partiyası seçki ittifaqı yaradıbTürkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası və Demokrat Partiya iyunun 24-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı ittifaq yaratmaq barədə razılığa gəliblər.

İnform.az “Report”-a istinadən xəbər verir ki, partiyalar ittifaq yaratmaqla bağlı protokolu Mərkəzi Seçki Komissiyasına mayın 6-dək təqdim edə bilərlər.

Mayın 6-sı bunun üçün sonuncu gündür.

Bu ittifaqlın yaranması ilə bağlı hələlik razılaşma imzalanmayıb. Birliyin prezidentliyə vahid namizəd irəli sürəcəyi bildirilib.

Mayın 3-də dörd partiyanın liderləri ortaq mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, bundan əvvəl hakim Ədalət və İnkişaf Partiyası ilə müxalif Milliyyətçi Hərəkat Partiyası “Cümhur ittifaqı” yaradıb.

İnform.az

Baxış sayı: 312