Mədəniyyət
25.07.2015 / 10:01

Aktrisa zəhərləndi

Aktrisa zəhərləndi

Azərbaycan Dövlət Musiqili Teatrın aktrisası Gülçöhrə Abdullayeva zəhərlənib. Mənşəyi məlum olmayan dondurmadan zəhərlənib: “Dondurmanın üzərində nə hazırlandığı ünvan, nə də istehsal edən şirkət haqda heç bir məlumat yox idi. Mən də müsəlmançılığıma salıb yedim. Həmin gün məclisi idarə etdim. Ancaq nə çəkdiyimi özüm bildim. O gün gecə halım pisləşdi. Təcili yardımla xəstəxanaya çatdırıldım. Mədəm, qanım yuyulsa da hələ də pisəm. Məndən sizə məsləhət tamahınız ucbatından mənşəyi bəlli olmayan qidalar almayın”.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 417