“Bir möhtəşəm ifa"- Adama elə gəlir ki...

Adətən, yeni yaranan sözlərin (neologizmlərin) sözlüklərdə yer almasına can atırıq.
Amma, ancaq, lakin və fəqət... hərdən ürəyimdən keçir ki, bəlkə bəzi sözlərin lüğətdən çıxarılması üçün əlaqədar qurumlara müraciət edək.
Məsələn, götürək “möhtəşəm” sözünü...
Yox, bu söz qətiyyən dilimizdə pis səslənmir. Bu leksemin əzəməti, həşəməti, ehtişamı elə təkcə intonasiyasından bəlli olur.
Bəs irad nəyədir?
Məsələ burasındadır ki, efirdə, ekranda, mətbuatda tez-tez bu sözü yersiz təyin kimi, sifət kimi eşidirik.
Məsələn, təxminən bu cür: “Möhtəşəm kitab təqdimat keçirildi”. Adama əvvəlcə elə gəlir ki, məsələn Murakaminin və ya Pamukun yeni romanı təqdim olunub. Amma sonra məlum olur ki...
Və yaxud: “Bir möhtəşəm ifa”. Adama elə gəlir ki, söhbət Monserrat Kabalyenin və ya Luçano Povarotti haqda gedir.
Amma sonra məlum olur ki...)
İnform.az
Baxış sayı: 273

Digər xəbərlər:

“Dili yaradan da, yaşadan da xalqdır...” -
25 aprel / 12:00
Burac
23 aprel / 14:00
"Amma hərdən kədərli günlərimiz də olur..."
05 fevral / 11:48
İnstaqramdan möhtəşəm yenilik -
20 aprel / 21:23
Kriminal avtoritetlərin möhtəşəm məzar daşları
05 yanvar / 16:00
Tahir Gözəl: "Bu, "Qarabağ" üçün möhtəşəm fürsət idi"
06 noyabr / 01:00
Dünyanın ən möhtəşəm 15 şəkli
01 oktyabr / 16:59
Samsung-dan Möhtəşəm Qatlana Bilən Telefon
17 sentyabr / 09:30
Azərin təqdimatında möhtəşəm iki layihə
28 avqust / 15:33
"Facebook"dan möhtəşəm yenilik
13 avqust / 16:51