Hüquq
30.04.2018 / 12:18

Şokalad oğurladığı deyilən qoca GÜNAHSIZ İMİŞ

Şokalad oğurladığı deyilən qocaBu günlərdə media saytlarından birində bu başlıqla xəbər dərc olunmuşdu:"Bakıda 72 yaşlı kişi mağazadan şokolad oğurlayarkən tutuldu"

Xəbərdə Xətai rayonu Neapol küçəsində yerləşən “Səbət” marketin sahibi 35-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 1946-cı il təvəllüdlü Ağabala Göyüşovu 3 ədəd şokolad oğurlayarkən tutulduğu və mağaza sahibi cinayət başında yaxaladığı 72 yaşlı kişini polisə təhvil verildiyi bildirilirdi

Bu məsələylə bağlı İnform.az-ın əməkdaşı Xətai rayon 35-ci Polis Bölməsiylə əlaqə saxlayıb.

Bölmədən həmin qocanın yaşlı olduğu üçün yaddaş zəifliyindən əziyyət çəkdiyi və buna görə də, şokaladı götürdükdən sonra kassaya pulu ödəməyi unuduğu bildirilib.

Qeyd edək ki, həmin qoca qısa müddət ərzində evinə buraxılıb.

İnform.az

Baxış sayı: 780