---
30.04.2018 / 10:00

ATMU beynəlxalq layihədə tərəfdaş olub

ATMU beynəlxalq layihədə tərəfdaş olub
Aprel ayının ikinci ongünlüyündə Boulevard oteldə“ERASMUS+” proqramı çərçivəsində Ali Təhsildə Potensialın Gücləndirilməsi profilinə (KA2) uyğun “Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi” layihəsi çərçivəsində Azərbaycanın 11 və Avropanın 4 universitetinin təmsilçilərinin iştirakı ilə təqdimat mərasimi təşkil edilib.

Bakı Biznes Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə layihənin tərəfdaş universiteti sayılan Azərbaycan Turizm və Menecment Universitetini ali təhsil müəssisəsinin Tədris işləri üzrə prorektoru İranə Əliyeva, Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərova, Keyfiyyət təminatı bölməsinin rəhbəri Simnar Mamedov həm təmsil, həm də universitetin fəaliyyəti stiqamətinə dair təqdimatla çıxış ediblər.

Bu barədə İnform.az-a Azərbaycan Turizm və Menecment Universitetinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbir iştirakçıları bildiriblərki, layihənin məqsədi mərkəzlə rmövcud olan universitetlərdə həmin mərkəzlərin yenidən qurulması, iş prinsiplərinin Avropa standartlarına uyğunlaşdırılması, Keyfiyyətə Nəzarət Mərkəzləri olmayan universitetlərdə isə yen imərkəzləryaratmaqdan ibarətdir.

Məlumat üçün qeyd edək ki, layihə müddətində Azərbaycanın 11 universitetindən ayrı-ayrılıqda hər birindən 4 nümayəndə olmaqla Avropanın 4 ali təhsil ocağında təlimlərə cəlb edilib. Keçirilən təlimlərdə Azərbaycanı nnümayəndə heyəti Avropanın müvafi qqabaqcıl universitetlərində keyfiyyə ttəminatı mərkəzlərinin işprinsiplərini və bu sahədəki təcrübələrin iöyrənəcəklər.

Bundan başqa Litvanın EKT akkreditasiya təşkilatı tərəfindən Bakı Biznes universiteti ilə birgə layihə tərəfdaşlarının işçi heyətlərinə tədrislə əlaqəli bir aylıq təlimlər keçiriləcək.

Mükəmməl idarəetmə sistemi yaratmaq məqsəd ilə onlayn platforma yaradılacaq.

İnform.az

Baxış sayı: 186