Baş xəbər, Hüquq
30.04.2018 / 09:36

"Borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılıb"- DİN-in məlumatı

 "Borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılıb"-Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 155 cinayət faktı qeydə alınıb, onların da 20-i “isti izlər”lə açılıb.

DİN Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 26, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

İnform.az

Baxış sayı: 111