Türkiyə, İqtisadiyyat
27.04.2018 / 16:05

Türkiyənin qızıl ehtiyatı artıb

Türkiyənin qızıl ehtiyatı artıb
Türkiyənin beynəlxalq ehtiyatları (qızıl və valyuta) mart ayında əvvəlki aya nisbətən 3,7% azalaraq 110,3 mlrd. dollara geriləyib.

İnform.az "Report"-a istinadən xəbər verir ki, hesabat dövründə qızıl ehtiyatları 1% artaraq 25,3 mlrd. dollar, valyuta ehtiyatları isə 5,2% azalaraq 83,4 mlrd. dollar təşkil edib.

Qızıl ehtiyatları mart ayında illik müqayisədə 39,2%, əvvəlki aya nisbətən isə 0,7% və ya 3,6 ton artaraq 542,8 tona çatıb.

İnform.az

Baxış sayı: 89