Elm-təhsil
27.04.2018 / 15:31

Turizm sahəsində çalışan qadın sahibkarlar üçün təlimlər təşkil olunacaq- FOTO

Turizm sahəsində çalışan qadın sahibkarlar üçün təlimlər təşkil olunacaq-
Ekoloji Tarazlıq ictimai birliyiilə Azərbaycan Turizm və Menecment Universiteti arasında bağlanan əməkdaşlıq müqaviləsinin şərtləri əsasında Finlandiyanın Xarici İşlər Nazirliyinin maliyyədəstəyivə adı çəkilən ölkənin KetuRY(Dayanıqlı İnkişaf)İctimai Birliyinin təşkilatçılığı ilə “Kənd turizmi marketinq strategiyasının inkişaf etdirilməsi”mövzusunda Yaz düşərgəsi təşkil olunub.

Universitetin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, aprel ayının ikinci ongünlüyündə Quba şəhərində “Azərbaycanda dayanıqlı turizm və sahibkarlığın inkişafı”layihəsi çərçivəsindətəşkil olunan Ekoloji yaz düşərgəsində 11 nəfər-Azərbaycan Turizm və Menecment Universiteti və FinlandiyanınKajaani Tətbiqi Elmlər Universitetinin turizm və otelçilik ixtisası üzrə təhsil alantələbələriiştirak ediblər.

Düşərgənin təşkilində əsas məqsəd turizm və hotel menecmenti sahəsində ixtisaslaşan tələbələrtərəfindənAzərbaycanın və Finlandiyanın ekoloji turizm potensialının təhlil edilməsi, Quba regionunun mədəni-irsi, tarixi, ekoloji resurslarının öyrənilməsi, ekoloji turlarda birgə iştirak,eyni zamanda gələcəkdəQuba-Qusar regionuna səfər edəcək turistlər üçün tur paketlərin hazırlanması və ölkəmizə çoxsayda turistin gəlməsinə nail olunmasıdır.

Yaz düşərgəsinin tələbə iştirakçıları Qubada olduqları müddətdə müxtəlif etnik azlıqların məskunlaşdığı əraziləri, azsaylı xalqların sənətkarlıq nümunələrini əks etdirən muzeyləri ziyarətediblər.

Tədbir çərçivəsində tələbələrə turizm sahəsi üzrə peşəkar ekspertlər tərəfindən Azərbaycanın və qonşu ölkələrin (Türkiyə və Gürcüstan)təkmilləşmiş eko-turizm təcrübəsi,həmçinin müvafiq region üzrə tur paketlərin hazırlanması imkanları haqqında ətraflı məlumat verilib.

Yaz ekoloji düşərgənin təşkilindən faydalanan Azərbaycanın və Finlandiyanın müvafiq universitet tələbələri tədbirin sonunda öz ölkələrinin mövcud turizm potensialı, bu sahədə dövlət dəstəyi, turistlər üçün yeni perspektiv imkanlar barədə təqdimat- məruzə ilə çıxış ediblər.

Qeyd etmək lazımdır ki, layihə çərçivəsində 2018-ci ildə turizm mütəxəssisləri tərəfindən Azərbaycanda ekoloji turizminin inkişafı məqsədilə marketinq strategiyasının hazırlanması və müvafiq dövlət qurumlarına təqdim olunması məqsədəuyğun sayılıb.

Turizm sahəsində çalışan qadın sahibkarlara biznesin təşkili,o cümlədən müasir marketinq strategiyasına əsaslanan inkişaf, regional və beynəlxalq əməkdaşlığın inkişafı üzrə təlimlərin aparılması nəzərdə tutulub.

Turizm sahəsində çalışan qadın sahibkarlar üçün təlimlər təşkil olunacaq-


Turizm sahəsində çalışan qadın sahibkarlar üçün təlimlər təşkil olunacaq-


İnform.az

Baxış sayı: 259